Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
Elektrik-ölçmələri-mühazirə

 
4.2. Cərəyanın ölçülməsi 
 
Cərəyanın ölçülməsinin bir sıra metodları vardır; birbaşa ölçmələrdən əlavə dolayı ölçmə 
metodları da geniş istifadə olunur. 
Cərəyanın bilavasitə ölçülməsi. Bu halda ampermetr cərəyanı ölçüləcək dövrənin 
kəsiyində ardıcıl olaraq qoşulur (şəkil 4.3. a). 
Tədqiq olunan dövrəyə ampermetrin qoşulması ölçmə nəticəsini təhrif edir.Belə ki, R
A
daxili müqavimətli (şəkildə göstərilməmişdir) ampermetrin sxemdə olması ona gətirir ki
ampermetrsiz bu dövrədə axan İ
x
 = U/R cərəyanının əvəzinə o, qoşulandan sonra
)
R
R
/(
U
İ
A
1
+
=
cərəyanı axacaqdır. 
Şəkil 4.3. Cərəyanın bilavasitə (a) və dolayı (b) metodla ölçülməsi sxemləri 
Ölçmənin mütləq xətası  İ = İ
x
 – İ

ampermetrin daxili müqaviməti R

böyük olduqca 
çox olacaqdır. 
Elektron voltmetrinin köməyi ilə cərəyanın dolayı metodla ölçülməsi. Məlumdur ki, Om 
qanununa görə elektrik dövrəsinin gərginliyi ilə cərəyanı arasında xətti asılılıq mövcuddur.Ona 
görə də 6.7 b şəklindəki sxem üzrə cərəyanı dolayı metodla ölçmək olar.Etalon rezistordakı R
e
müqavimətində gərginliyi ölçməklə cərəyanı aşağıdakı ifadə ilə tapa bilərik: 
İ
x
 = U
e
/R
e

burada U
e
– voltmetrlə ölçülən gərginlik; İ

– müəyyən olunan cərəyan; R
e
– məlum nominallı 
etalon aktiv müqavimətdir. 
Lakin kiçik cərəyanların ölçülməsində bu metodika məqbul sayılmaya bilər. Bu halda ölçmə 
cihazlarında kiçik daxili müqavimətli giriş gücləndirici kaskadlı sxemlərdən istifadə edilir. 
Böyük gücləndirmə əmsalına malik gücləndiricilərin tətbiq edilməsi çox kiçik qiymətli 
gərginlik və ya cərəyanları ölçməyə imkan verir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin