7. Soruşmaqdan çəkinməyin. Təəssüf ki, akademik yazıya başlayarkən, bu sahədə təcrübəli şəxslərdən,
professorlardan məsləhət almaqdan, nələrisə soruşub aydınlaşdırmaqdan
çəkinməyin. Unutmayın ki, həmin professorlar da bir vaxtlar sizin keçdiyiniz bu
yolları keçiblər və xidmət etdiyiniz ali məqsədiniz elmdir. Elmə verəcəyiniz hər bir
töhfə sizin sizdən sonra unudulmağınıza imkan verməyəcək. Odur ki, icazə verilən
hər bir vasitə və imkanlardan maksimum istifadə edin.
8. Vaxtınızı düzgün bölüşdürün. Həyatımızdakı bir çox məsələdə olduğu kimi, vaxtın düzgün bölüşdürülməsi
akademik yazı üçün də hava və su kimi lazımdır. Burada mütləq tövsiyə etdiyim
yazınızın bölmələri üçün plan qurmağınız və təqvim üzrə son tarixlər (deadline)
formalaşdırmağınızdır. Əlbəttə ki, bunlara əməl etmək də bir o qədər əhəmiyyətlidir.
9. Yenilikçi və yaradıcı olun. Hər bir şeyin özəyində məqsəd dayanır. Məqsədiniz elmi bir iş ortaya qoymaqdırsa,
yazı stilinizdən başlayaraq hər bir cümləniz buna xidmət etməlidir. Yazdığınız
akademik yazı elmə yeni bir fikir qatmırsa, töhfə vermirsə, o, yazı stili olaraq
akademik olsa belə, əhəmiyyətsiz bir yazıdan ibarət olacaq. Ən müxtəlif elmi
fikirləri bir yerə toplamaq elmə yenilikçi yanaşma sayıla bilməz. Yazınız,
yanaşmalarınız özünəməxsus olduğu kimi, yazınızın nəticə hissəsində mütləq və
mütləq akademik işinizdən çıxardığınız nəticələri və əgər varsa, təklif və
tövsiyələrinizi qeyd edin. Yeni bir fikirlə çıxış etməkdən qətiyyən çəkinməyin, çünki
ən böyük ixtiralar da məhz bu şəkildə yaradılıb!
Beynəlxalq akademik yazı qaydaları dedikdə isə, bu qaydalara bələd olmaq
həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları
mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi
işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər
beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir.
Tədqiqat aparmaq istəyən hər kəs üçün akademik yazı qaydalarını –
məqalənin giriş, əsas hissə və nəticə hissələrinin necə yazılmalı olduğunu, girişdə
müəllifin hansı suallara cavab verməli olduğunu, tədqiqat sualının necə seçilməli
olduğunu, hansı arqument və istinad növündən istifadə etməyin daha uyğun
olduğunu və s. bilmək olduqca əhəmiyyətlidir.
AzTU “Humanitar fənlər” kafedrası Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 174