AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
87
soruşduqda, digər insanların düşüncə və təcrübələrini qiymətləndirdiyinizi göstərin.
Özünə inam təvazökar olmağınıza mane olmamalıdır.
Görünüş (gözlənildiyi kimi geyim). Əsas yanaşma
iş mühitinizə və bu mühit
daxilində, səviyyənizdəki işçilər kontingentinə uyğunlaşmaqdır. Zövqlə geyinmək
lazımdır. Diqqətlə seçilmiş aksesuarların böyük əhəmiyyəti var. Bununla bağlı
müəyyən qaydalara riayət etmək də vacibdir. Kostyum, şalvar çantada olmamalıdır.
Şalvar və ceket müxtəlif rənglərdə ola bilər. Axşam saatlarında danışıqlar baş
tutarsa, kostyum qaranlıq olmalıdır, köynək təzə olmalı, ütülənməli, qalstuk əzik
olmamalı və ayaqqabı təmizlənməlidir. İş adamının zərifliyi köynəyi, qalstuku və
çəkmələri ilə deyil, özü ilə gətirdiyi kostyumların sayına görə təyin olunur. Xaricə
sayəhət üçün üç dəst paltar almaq kifayətdir: qaranlıq və açıq kostyumlar, layiqli
ceket və gəzinti üçün bir kazak. Əgər səyahətinizin yolu Şərq ölkələrindən keçirsə,
onda qadınların şalvar geyməməsini unutmayın.
Savadlılıq (yaxşı dildə danışın və yazın). Müəssisədən
kənara göndərilən daxili
sənədlər və ya məktublar yaxşı və səhvsiz olmalıdır.
Ədalət. Hisslər ilə əlaqələndirmədən və ya münaqişədə bu və ya digər tərəfə
üstünlük vermədən maraqlar tarazlığını qorumaqdır. Ədalət obyektivlik və ya
qərəzsizlik deməkdir.
Aristotelə görə, işgüzar ünsiyyətdə ədalətin əsas meyarı “mütənasib
bərabərlik” prinsipidir. Bu prinsipə görə, “çox əziyyət çəkən çox qazanar, az zəhmət
çəkən az qazanar”.
Hörmətlə yanaşmaq. Bu, insanın
diqqət və nəzakətinin, eləcə də hüquqlarına
hörmətin təzahürüdür. Sərvət, mövqe ünsiyyətə təsir etməməlidir. Qarşı tərəfə
hörmət göstərilməli, qarşı tərəfin fikrinin fərqli olmasına
baxmayaraq, onu başa
düşməyə çalışmaq lazımdır.
Məsuliyyət. Bu bir insanın hərəkətinə cavab vermək qabiliyyətidir. Məsuliyyət
vəzifəyə görə lazım olan və ya söz verildiyi və ya bir qrupun və ya icmanın üzvünün
rolu olduğu üçün edilməlidir. Məsuliyyət əxlaq qanunlarına
və ya başqa bir şəxs
qarşısında öhdəliklərə əməl etmək öhdəsini göstərə bilir. Başqalarının işinə xələl
gətirməmək və qarışmamaq üçün məsuliyyət daşıyırıq. Başqalarına zərər
verməməyimizə, həm də kömək etməyimizə görə cavabdehik. Bu tələblər insanların
bir-biri ilə qarşılıqlı münasibətlərinin ümumi mədəni prinsiplərinə aiddir.
Dostları ilə paylaş: