AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
90
dünyamızı cənginə alan koronavirus pandemiyası günümüzün yeni qəhrəmanlarını
- öz xidməti vəzifəsini ləyaqətlə icra edən fədakar peşə sahiblərini gündəmə
gətirdi. Sual yaranır: bu şərəfli məkanın ləyaqətli sakinləri kimlərdir? Hansı ki,
onlar ”Günün Qəhrəmanları” olaraq insanların sevgisini və inamını qazandılar.
Təbii ki, bu şərəfi siz haqq etdiniz, əziz polislər, həkimlər, müəllimlər, gömrük,
aptek və market işçiləri... Bəli, siz insanlıq naminə mücadilə apardınız və sizin
simanızda biz fədakarlığın bariz nümunələrini gördük.
Bu dövrdə daha bir ciddi sınağa çəkildik; mənfur düşmənin təxribatı ilə də üz-üzə
qaldıq, Tovuz döyüşlərinin də şahidi olduq. İyul ayının 12 - də ermənilər
tərəfindən atəşkəs pozuldu və nəticədə şəhidlərimizi torpağa tapşırası olduq.
Əslində “Günün Qəhrəmanları” deyəndə, ilk olaraq Şəhid Anaları gəlir gözümün
önünə; çünki analar hər zaman qəhrəmandırlar, Şəhid anaları isə xüsusi ehtirama
layiqdirlər. Düzdür, qələmə aldığım bu yazı
fərqli peşə sahiblərinin
qəhrəmanlıqlardan bəhs edəcək. Amma bunu qeyd etməsəm, vicdanımın
rahatsızlığı bir ömür məni sakit buraxmazdı. Bu pandemiya dövründə yas
mərasimlərinin qadağan olunduğu bir vaxtda öz şəhid övladları ilə doya-doya
vidalaşa bilməyən şəhid anaları da “Günün Qəhrəmanları”dır. Göz yaşlarını
ürəklərinə axıdaraq ayaqda dik durub “Vətən sağ olsun!” deyən şəhid atalarıdır
“Günün Qəhrəmanları”! Hələ həyatı tam dərk etməyən, ataları ilə doyunca zaman
keçirə bilməyən, atalarının yolunu səbrsizliklə gözləyərkən, tabutunu qarşılamaq
üçün yollarda gözləyən o məsum körpələrdir “Günümüzün Qəhrəmanları”!
Sosial şəbəkələrin birində canlı yayım vasitəsilə izlədiyim bir görüntüdə
Şəhidimizin evinə gətirildiyi anları izlədikcə keçirdiyim hisslər sözlə ifadə
olunmaz. O an mən sadəcə bir vətəndaş olaraq o hissləri yaşayırdımsa, o ana, o ata,
o övlad, o həyat yoldaşı, o bacı nələr yaşayırdı, Allah! Amma başlarını
məğrurcasına dik tutmuşdular. Bax, onlardır ”Günün Qəhrəmanları”!
Lakin şahid olduğum qəhrəmanlar haqqında, onların vətəndaş təəssübkeşliyindən
və fədakarlıqlarından yazmaq şərt olduğu üçün, mən də bu əsasa uyğun olaraq
fədakarlıqlarını birbaşa müşahidə etdiyim Günümüzün Qəhrəmanları olan
Müəllimlərimdən yazmağı özümə mənəvi bir borc bildim. Pandemiya dövrünün
bütün qəhrəmanlarından çox söhbətlər açıldı, videoçarxlar hazırlanaraq sosial
şəbəkələrdə və televiziya ekranlarında yayımlandı. Lakin, Müəllimlər haqqında bu
cür videoçarxlara az rast gəldim. Ona görə də bu yazımla “Günün