33
Hər bir rəhbərlik üslubunun səmərəliliyini qiymətləndirmək üçün amerika
alimi R.Laykert liberal-avtoritar əmsalı, yəni rəhbərin davranışında
olan liberal və
avtoritar xüsusiyyətlərin cəmini hesablamışdır. Onun fikrincə müasir şəraitdə
buəmsalın optimal həcmi 1,9-dur. Başqa sözlə desək, hal-hazırda rəhbərlər səmərəli
nəticələr əldə etmək üçün məcburiyyətdən çox inandırıcı olmalıdırlar. Onu da nəzərə
almaq lazımdır ki, konkret halda avtoritar, demokrarik və liberal rəhbərlik üslubları
arasında müəyyən balans mövcuddur və bu vaxt onlardan hər hansı birinin payının
artması digərinin payının azalmasına səbəb olacaqdır.
Həmçinin alman alimlərinin apardığı tədqiqatlar nəticəsində əməyin nəticəsinin
rəhbərlik üslubundan asılılığı müəyyənləşdirilmişdir, müxtəlif üslubların effektliyi 3
illik dövr ərzində qiymətləndirilmişdir. Ən yüksək nəticələr o kollektivdə qeydə
alınmışdır ki, orada demokratik rəhbərlik üslubu üstünlük təşkil edir. Aşağı nəticələr
liberal və avtoritar rəhbərlik sistemli kollektivlərdə qeydə alınmışdır. Bunu qrafik
olaraq aşağıdakı kimi göstərə bilərik (şəkil 1).
Eyni zamanda əmək məhsuldarlığı,
psixoloji mühit, kadr axını və gəlir
məsələləri də tətbiq olunmuşdur.
Qeyd etmək lazımdır ki, təcrübədə yuxarıda göstərilən üslubların hər birinə
“təmiz”formada çox az təsadüf olunur. Ona görə də rəhbər üstünlüyü yaranmış
şə
raitdən asılı olaraq bu və ya digər üsluba verməlidir.
Şə
kil 1. [ 21. Sə
h 246.]
Ə
mə
yin nə
ticə
sinin rə
hbə
rlik üslubundan asılılığ
ı qrafiki
0
1
2
3
4
5
1
2
3
Series 1
Series 2
Series 3
34
Yuxarıda göstərilən üç əsas rəhbərlik üslubunun təhlilindən görünür ki,bazar
mühitinə keçidlə əlaqədar olaraq demokratik üslub daha effektivdir. Lakin bu üslubu
hər zaman və hər bir konkret şəraitdə tətbiq etmək mümkün deyil.
Məsələn,intellektual səviyyəsi aşağı olan təşkilatlarda bu üslubun tətbiqi bəzi hallarda
lazımi səmərəni verməyə bilər,bu halda direktiv üslubdan
istifadə etmək daha da
səmərəli olur. Bəzən də konkret liberal üslubdan istifadə olunur. Göstərilən hər üç
üslubun müəyyən müsbət cəhətlərini bir araya gətirmək olar. Praktiki olaraq,bu çətin
olsa da çox səmərəli olardı.