Sonuncu fakt verilən kreditlərin böyük bir his -
səsinin bankların xarici maliyyə bazarlarından aldıq -
ları resurslar hesabına mümkün olduğunun sübutudur.
Bank sektorunun bu xüsusiyyəti haqqında bu sektorda
mövcud olan kredit/depozit nisbətinin dinamikasını
izləməklə də məlumat əldə edə bilərik.
Bu nisbətin
100% olması banka depozit qoyulan hər 1 manatın (və
ya dolların) bank tərəfindən 1 manat kreditə çev ril -
diyini bildirir. Bu nisbətin 100%-dən yuxarı olması isə
əsasən verilən kreditlərin xarici maliyyə bazarlarından
əldə edilmiş resurslar hesabına mümkün olduğunu
göstərir.
2009-cu ildə bankların kredit portfelinin struktu-
runda qısamüddətli kreditlərin payı azalmaqda davam
edib. Portfelin valyuta strukturu incələndiyi zaman
xarici valyuta ilə verilən kreditlərin
ümumi kredit port-
felindəki payı 40% olub.
2009-cu ildə daxili tələbi stimullaşdırmaq və əmlak
bazarındakı durğunluğun qarşısını almaq üçün MB
İpoteka Fondunun effektiv işləməsi üçün müəyyən
tədbirlər gördü. Nəticədə verilən ipoteka kreditlərinin
həcmi 20% böyüyərək 341.9 mln. manata çatdı.
Bank sektorunun passivlər tərəfinə nəzər saldıqda
görürük ki, depozitlər 2009-cu il ərzində də bankların
maliyyə resurslarının əsas qaynağı kimi qalmaqda
davam edib. Depozit/aktiv (balans) nisbəti 40% olub
ki, bu da bir daha xaricdən borclanmanın
əhəmiyyətli
olduğunu göstərir. Hüquqi şəxslərin depozitləri 18.8%
azalaraq 2319.3 mln. manata düşsə, ev təsərrüfat-
larının əmanətləri il ərzində 22.5% artaraq 2334.9 mln.
manata çatıb.
Bundan başqa MB-nin banklara verdiyi resursların
çəkisi bank sektorunun passivlərində artaraq 2.7%-dən
15.2%-ə qalxıb ki, bu da 1466.2 mln. manat həcmində
kredit deməkdir.
Qeyd etmək yerinə düşər ki, son illərdə maliyyə
sistemi milli iqtisadiyyatda
öz mövqeyini möhkəm-
ləndirib və resursların səfərbər olunmasında mühüm
rol oynamağa başlayıb. Milli iqtisadiyyatın bu xü-
susiyyətini M3 aqreqatının 2003-2009-cu illər ərzində
qeyri-neft ÜDM-ində payını (maliyyə dərinliyinin bir
ölçüsü) izləməklə də görmək olar.
M3/ÜDM (qeyri-neft) nisbətinin 2003-cü ildə 23%
olmasına baxmayaraq bu nisbət 3 il ərzində 3 dəfə
artıb. Kredit və M3 aqreqatının qarşılıqlı müqayisəsi
də maraqlı məqamları ortaya çıxarıb. Bir nəticə budur
ki, ölkə maliyyə sistemində «kredit köpüyü»
mövcud
o l a
bilər. Əgər belədirsə, MB yalnız bank sektorunun pas-
sivlərinə nəzarətlə kifayətlənməməli, həm də bank
kreditlərinin sağlam artımı üçün aktivləri də nəzarətdə
saxlamalıdır. İkincisi, M3 aqreqatının
ümumi iqti-
sadiyyatda mövcud olan likvidlik haqqında tam
dolğun məlumat vermə imkanı məhdudlaşıb.
Dostları ilə paylaş: