Azərbaycan iqtisadiyyatı - 2009
24
üzündən ən çox ixtisara məruz qalan istiqamət in-
vestisiya xərcləri olub.
2009-cu ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərindən təhsil və səhiyyə obyektlərinin tik-
intisi və yenidənqurulmasına 140 milyon manat vəsait
yönəldilib. Yeni məktəblərin tikintisi, məktəblərin əsaslı
təmiri və yenidənqurulması, uşaq bağçalarının əsaslı
təmiri, dövlət ali təhsil müəssisələrinin əsaslı təmiri və
yenidənqurulması məhz bu vəsait hesabına həyata keçir-
ilmişdir. 2009-cu ildə dövlət büdcəsi xərclərində aqrar və
ətraf mühitin mühafizəsi xərcləri 2008-ci ilə nisbətən
38,5, mənzil və kommunal təsərrüfatı xərcləri 24,9,
ümumi dövlət xidmətləri xərcləri 14,7, məhkəmə
hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqan-
larının saxlanılması xərcləri 21,5 faiz çox olub.
Maraqlıdır ki, hətta 2009-cu ildə də sosial xərclər
azalmayıb. Belə ki, bu dövrdə sosialyönümlü tədbir-
lərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət
xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xər-
clərinin 26,2 faizi və ya 2 763,0 mln. manatı yönəldilib
ki, bu da 2008-ci illə müqayisədə 450,4 mln. manat və
ya 19,5 faiz çoxdur.
Böhrana baxmayaraq, hökumətin sosial müdafiə və
sosial təminat xərclərini azaltmaması, əksinə, artırması,
əslində, müsbət haldır. Daxili istehlak bazarında idxalın
xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilən
məzənnə siyasəti ötən il orta illik inflyasiyanın 1,5%
səviyyəsində saxlanmasında mühüm rol oynayıb. Aşağı
inflyasiya və məzənnə sabitliyi əhalinin sosial vəziyyə-
tinin qorunmasına müəyyən qədər imkan verib, əhalinin
pul gəlirlərinin real artımı dövr ərzində 6% olub.
Hələ 2006-cı ildə büdcənin mədaxil hissəsində
cəmi 0,2 faiz artımın olması, məxaricin isə 5,8 faiz
kəsirlə yerinə yetirilməsi nəticəsində yaranan 78,6
mln. manatlıq profisitin, əsasən, gəlirlərin artımı ilə
yox, xərc maddələrinin tam icra edilməməsi ilə bağlı
olduğunu göstərmişdik. Büdcəyə edilən əlavə və dəyi -
şikliklərdən sonra büdcə defisiti 2007-ci il dövlət büd-
cəsinin ilkin variantına nisbətdə 43,5% artaraq 0,5
milyard manat proqnozlaşdırılmışdı (əvvəlki defisit
379 mln. manat, sonrakı defisit 544 mln. manat) və
onun gözlənilən illik ÜDM-dəki xüsusi çəkisi 2,5%-ə
yaxın olmalı idi. Əslində isə 2007-ci ilin dövlət büd-
cəsində cəmi 51,1 mln. manat kəsir oldu. 2008-ci ilin
büdcə layihəsində 1,126 mlrd. manat kəsir proqnoz -
laşdırılırdı. Lakin yekunda 2008-ci il üzrə dövlət büd-
cəsində 11,5 mln. manat həcmində kəsir yarandı.
2009-cu ildə isə büdcə kəsirinin cəmi 178 mln. manat
olması nəzərdə tutulmuşdu.
2010-cu ilin büdcəsində fiskal stimullaşdırmanı təmin
etmək məqsədilə vergi sistemində bir sıra dəyi şikliklər
nəzərdə tutulur. Mənfəət vergisi 22%-dən 20%-ə, gəlir
vergisinin maksimum dərəcəsi 35%-dən 30%-ə endirilib
və kiçik sahibkarların sadələşdirilmiş vergiyə cəlb olun-
ması həddi qaldırılıb. Hökümət 2010-cu ilin büdcə proq -
nozlaşdırılmasında mühafizəkar siyasətə üstünlük
ve rərək, 1 barel neftin qiymətini 45 dollar götürüb.
Sənaye, tikinti və faydalı qazıntılar
Təhsil
Müdafiə
Sosial müdafiə və sosial təminat
Ümumi dövlət xidmətləri
Əsas bölmələrə aid edilməyən xidmətlər
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
Kənd təsərrüfatı - 3%
Mənzil və kommunal
təsərrüfatı - 2%
Mədəniyyət, incəsənət - 1%
İqtisadi fəaliyyət - 1%
Nəqliyyat və rabitə - 1%
Dostları ilə paylaş: