Orijinal adı: «Education Glossary»


Konstruktivizm (Constructivism)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə35/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   31   32   33   34   35   36   37   38   ...   92
KİTAB Təhsil lüğəti

 
Konstruktivizm (Constructivism) – Mürəkkəb fikir və terminlərin minimuma endirilərək 
ideyanın məzmunlu şəkildə izahına əsaslanan yanaşma.
Başlıca vəzifə formal sistemdə baxılan obyekt və onlar haqqındakı fikirlərin ardıcıl 
qurulmasından ibarətdir. Təlimdə konstruktivizm tərəfdarlarının iddia etdiyinə görə, öyrənmə 
prosesinə ideya məzmununun açılması, habelə şagirdlərin inamı böyük təsir göstərə bilər. 
 
Köməkçi müəllim (Resource teacher) - İbtidai və orta məktəblərdə xüsusi qayğıya ehtiyacı olan 
şagirdlərin təhsili ilə məşğul olan yardımçı müəllim. 
 
Kriteriya (Benchmark) - Təlimin müxtəlif pillələrində, yaxud konkret yaş dövrlərində dövlət 
tərəfindən təyin edilmiş biliklərin kurikulum vasitəsilə bütün təhsil alanlara eyni səviyyədə 
öyrədilməsini təmin edən təhsil standartları. 
 
Kriteriyaya əsaslanan test (Criterion-Referenced Test, (CRT) – Konkret meyarlara əsasən 
biliklərin hansı səviyyədə əldə edildiyini yoxlamaq məqsədilə keçirilən test.
 
Kritik nöqtə (Cut-off Point) – Qiymətləndirmə prosesində iştirakçının test üzrə keçid balını 
toplayıb-toplamadığının müəyyənləşdiyi həlledici an. (bax: Qiymət həddi
 
KR / Kuder-Riçardson düsturları (Kuder-Richardson (KR) Formulas) - Test iştirakçısının 
hər bir test tapşırığı üzrə əldə etdiyi nəticələrə əsaslanan KR düsturları testin etibarlılığını müəyyən 
etmək üçün tətbiq olunur. 
 
Kurikulum (Curriculum) – Kurikulum təlim prosesilə bağlı bütün fəaliyyətlərin təşkilini əks 
etdirən konseptual sənəddir.
Kurikulum termini geniş mənaya malik olub milli təhsil məqsədlərindən şagirdlərin gündəlik 
fəaliyyətinə qədər olan prosesləri əhatə edir. Kurikulum təhsilalanlar üçün zəruri bilik sahələrini, 
mövcud tədris planı və proqramlarını, şagirdə verilən tələbləri, müəllim və məktəb qarşısında duran 
vəzifə və onların konkret həlli yollarını özündə birləşdirir. Kurikulum müasir dərs modeli əsasında 
hər bir fənnin konkret məqsəd, məzmun, tədris-təlim fəaliyyəti, metodiki təminat və texniki 
təchizatını əks etdirir. 
Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-
kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə öz 
fəaliyyətini hər bir təhsil alanın müstəqil qərarlar qəbul etməsi üçün zəruri bacarıq və təhsil 
səviyyəsinə malik olmasına, cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvə kimi formalaşmasına 
yönəltmişdir. 
Kurikulum ümumi təhsil pillələrində tədris fənləri arasındakı qarşılıqlı əlaqə və ardıcıllığı təmin 
etmək; fənlərin məzmununu cəmiyyətin tələbatına uyğun olaraq daim təkmilləşdirməklə 
yeniləşdirmək; çevik, interaktiv təlim texnologiyaları və nəticəyönümlü fənn kurikulumları 
hazırlamaq vəzifələrini qarşıya qoymuşdur.


- 24 - 
Təlim mühiti və təhsil fəaliyyətinin səmərəli, inkişafetdirici və qabaqlayıcı xarakterini təmin 
etmək; təhsil pillələri üzrə bilik, bacarıq və vərdişləri müəyyənləşdirmək; şagird nailiyyətlərinin 
obyektiv qiymətləndirilməsi üçün tövsiyələr hazırlamaq və s. kimi vəzifələr də Milli Kurikulum 
sənədində öz əksini tapmışdır. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin