30 Ehtiyatların hazırki vəziyyəti və əraziyə gətirilməsi ilə heç bir əlaqəsi
olmayan inzibati qaimə xərcləri;
Satış məsrəfləri.
Borclarla bağlı məsrəflərin ehtiyatların ilkin dəyərinə daxil edilməsi məsələsi
“Borclara aid edilməsi xərclər” üzrə 13 №li MMUS-daçox nadir hal kimi
müəyyən edilir.
Müəssisə, ehtiyatları təxirə salınmış ödəmə şərti ilə əldə etdikdə və alış
qiyməti ödənilmiş məbləğdən fərqli olduqda, bu fərq maliyələşmə dövrü üzrə faiz
xərci kimi tanınır.
Məsələ 7. Müəssisə, məişət texnikasının topdansatışını həyata keçirir. Anbarın
icarəyə götürülməsi üzrə illik icarə xərci 120 000 manata bərabərdir. İcarə xərcləri
dövrün xərclərinə aid ediləcək. Belə ki, malların anbarda saxlanılması üzrə, xərclər
texnoloji prosesin bir hissəsi sayılmır. Anbarın icarəsi xərcləri uçotda belə qeydə
alınır:
Dt 202 “İstehsalat məsrəfləri” . . . . . . . . . . . . . . . . . . . . . . . . 120 000 man. Kt 535 “İcarə üzrə qısamüddətli kreditor borcları” . . . . . . . . 120 000 man.
Məsələ 8. Müəssisə dondurma istehsalı ilə məşğuldur. Burada xammalın
emalı üçün onun soyudulması tələb olunur. Bu məqsədlə, soyuducu qurğu icarəyə
götürülmüşdür. Həmin qurğunun illik icarə haqqı 50 000 manata bərabərdir. İcarə
xərcləri məhsulların maya dəyərinə daxil edilməlidir. Belə ki, xammalın qurğuda
saxlanılması xərcləri texnoloji prosesin bir hissəsidir. Bu xərclərin uçotda əks
etdirilməsi xərcləri aşağıdakı kimidir.
Dt 202 “İstehsalat məsrəfləri” . . . . . . . . . . . . . . . . . . . . . . . . 120 000 man. Kt 535 “İcarə üzrə qısamüddətli kreditor borcları” . . . . . . . . 120 000 man.