2.4. Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində dara dürüst nəticəyə nail
olmaq üçün tətbiq edilməsi məqsədə uyğun sayılan normativ məsrəflər metodu və ya pərakəndə satış qiyməti metodundan istifadə edilə bilər.
Normativ məsrəflər metodu sərf edilən xammalın, materialların, əməyin,
səmərəliliyini və istehsal gücünün istifadəsinin normativ dərəcələrini nəzərə alır.
Onlar mütəmadi olaraq təhlil edilir və lazım gəldikdə, cari şərtlər nəzərə alınmaqla
yenidən nəzərdən keçirilir.
Pərakəndə ticarətdə eyni marjları çox saylı və tez-tez dəyişən mallardan ibarət
olan ehtiyatların qiymətləndirilməsi üçün hər hansı digər metoddan istifadə
edilməsi məqsədə uyğun olmadığı üçün pərakəndə satış qiyməti metodundan istifadə edilir. Ehtiyatların ilkin dəyəri satış qiymətinin müvafiq faiz dərəcəsilə
ifadə olunmuş ümumi marja dəyərinə nisbətən azaldılması vasitəsilə
müəyyənləşdirilir. Tətbiq edilən faiz dərəcəsi ilkin satış qiymətindən aşağı
qiymətləndirilmiş ehtiyatların təsirini də özündə əks etdirir. Adətən, pərakəndə
ticarətin hər bir bölməsi üçün orta faiz dərəcəsi tətbiq olunur.
Marja – hər hansı gəlir göstəricisi ilə xərc göstəricisi arasında olan fəqdir,
məs, satış məbləğilə satışın maya dəyəri arasındakı fərq və s.
Ehtiyatların ilkin dəyərinin hesablanması üsulları: Adətən biri-birini əvəz edə bilməyən ayrı-ayrı maddələr üzrə ehtiyatların və
xüsusi layihələr üzrə istehsal edilmiş və nəzərdə tutulmuş mal və xidmətlərin ilkin
dəyəri onlara çəkilmiş fərdi məsrəflərin spesifik identifikasiyası vasitəsilə
müəyyənləşdirilməlidir.
Məsrəflərin spesifik identifikasiyası konkret məsrəflərin ehtiyatların müəyyən
vahidlərinə aid edilməsini nəzərdə tutur. Uçotun bu qaydada aparılması xüsusi
layihələrə aid edilmək məqsəilə satın alınan və ya istehsal edilən mallara
uyğundur. Lakin məsrəflərin spesifik identifikasiyası ehtiyatların biri-birilə