28 material və əmək haqqı xərcləri aiddir. Dəyişən üstəlik xərclər hesabat dövründə
buraxılan məhsullar arasında tam şəkildə bölüşdürülür.
Daimi üstəlik xərclər istehsalın faktiki səviyyəsi şəraitində işləyən
müəssisələrin istehsal güclərinə çəkilən xərclərə görə ölüşdürülməyə məruz qalır.
Dövr ərzində istehsal gücünün orta göstəriciləri əsasında istehsalın gözlənilən
həcmi müəyyənləşdirilir. Bu zaman avadanlıqlara texniki xidmətin planlı qaydada
boş dayanması nəzərə alınır.
Məsələ 4. Müəssisə yaşıl və qara çayın qablaşdırılmasını həyata keçirir.
Araşdırılan dövrdə qara çayın qablaşdırılmasına 200 saat, yaşıl çaya isə 400 saat
sərf edilmişdir. Qablaşdırma sexinin işçilərinin hər bir saatının əmək haqqı 4
manata bərabər olmaşdar. Araşdırılan dövrdə qara çayın qablaşdırılmasına – 800
man (200 x 4), yaşıl çayınkı isə – 1600 man (400 x 4) sərf edilmişdir.
Əməliyyatları mühasibat hesablarında əks etdirək:
a) qara çayın qablaşdırılmasına müstəqim məsrəflər: Dt 202 “İstehsalat məsrəfləri” . . . . . … . . . . . . . . . . . . . . . . . . . . 800 man. Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclər” . . . . . . . 800 man. b) yaşıl çayın qablaşdırılmasına müstəqim məsrəflər: Dt 202 “İstehsalat məsrəfləri” . . . . . … . . . . . . . . . . . . . . . . . . . 1600 man. Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclər” . . . . . . 1600 man. Məhsulun hər bir vahidinə aid edilən daimi üstəlik xərclərin məbləği istehsal
dayandırıldıqda ehtiyatların dəyərinə daxil edilməməlidir. Belə hallarda həmin
xərclər onların gəldiyi dövrdə ümumi xərclərə aid edilməlidir.
Məsələ 5. Elektrik enerjisində baş verən fasilələr nəticəsində avadanlığın işi
üç gün boş dayanmışdır. Həmin dövr ərzində istehsal gücünün icarə haqqı 500
manat təşkil etmişdir. Xərclər aşağıdakı köçürülə vasitəsilə tanınmışdır: