Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   79   80   81   82   83   84   85   86   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Akademik Yazının Əsas hissələri 
Bildiyiniz kimi, paraqraf bir mövzu barədə bir neçə cümlədən ibarət olur və üç


əsas hissəyə malik olur: giriş cümlə, əsas hissə (fikri dəstəkləyən cümlələr) və
yekun cümlə. Eynilə, bizim yazdığımız tədqiqat işləri də bir mövzü və üç əsas
hissədən ibarət olan paraqraflar qrupudur, giriş, əsas hissə və nəticə. İndi isə
gəlin akademik yazı işinizin hər bir hissəsinə ayrı-ayrılıqda baxaq.
Giriş paraqrafı3 
Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu təqdim edir və oxucuda
maraq oyadır. Giriş paraqrafı yazmağın bir neçə yolu var. Fikrimizin aydın ifadəsi
üçün hər hansı bir mayeni ağzı geniş olan bir qabdan ağzı dar olan başqa qaba
tökmək üçün istifadə etdiyimiz əşyanı – qıfı təsəvvürümüzə gətirək. Mayenin
dağılmaması üçün ağzı geniş olan və sonuna doğru getdikcə daralan qaba qıf
deyirik. Yazını həmin əşyaya bənzətsək, girişi qıfın ağzı hesab edə bilərik. Qıfın
ağzı, yəni yazının girişi 2 hissədən - bir neçə ümumi cümlədən və bir tezis
cümləsindən ibarət olur. Ümumi cümlələr akademik yazı işinizin mövzusu
haqqında oxucuya ümumi məlumat verir. Onlar oxucunu mövzunuzun çox ümumi
ideyasından çox spesifik ideyasına doğru yavaş-yavaş aparır. Qıfın ağzı –yazının
girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Şəkli çəkərkən kamera
linzası konkret bir şəkil üzərində fokuslandığı kimi, hər bir növbəti cümlə də
getdikcə spesifik mövzu üzərinə daha çox fokuslanmış olur. Tələb olunan ümumi
cümlələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə
yazmanız gərəkdir və bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət
qədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək üçün ümumi cümlələr
içərisinə bir neçə maraqlı detallar salmaq olar. Buna baxmayaraq, elmi yazı
işinizin əsas hissəsinə aid olan heç bir detalı burada verməməlisiniz.
Tezis cümləsi elmi yazı işinizin əsas ideyasını təqdim edir.
ərir.


əsas mövzunun yarım mövzularını sadalaya bilər.
ədə məlumat verir.
əsi olmalıdır.
Tezis cümləsi elmi yazı işinizin sualına cavab verdiyinə görə, başlanğıc üçün ən
uyğun məqamdır. Buradan yazınızın yarım mövzularının nə olacağı və onlarda
nələrdən söhbət açacağınız barədə qərar verə bilərsiniz. Nədən söhbət
açacağınız barədə ilkin fikriniz olduqdan sonra yazınızı yazmağa başlaya
bilərsiniz.
3Giriş paraqrafı bölməsi 
Oshima, A., & Hogue, A. (2006).
Introduction to 
Academic Writing, 
(3rded.). Pearson Longman-dan götürülmüşdür.
Bununla belə, elmi yazı işi 
yazarkən mövcud ədəbiyyatın əksəriyyətini
araşdırmadan müəyyən yanaşma ilə çıxış etmək çətin ola bilər.Ona görə də,
tezis cümləsini formalaşdırmazdan əvvəl siz mövzu üzrə bir qədər oxumalı və
sizə lazım ola biləcək müxtəlif fikirləri dəstəkləyən konsepsiyalar, nəzəriyyələr və
araşdırmalar barədə qeydlər götürməlisiniz. Bu qeydləri götürəndən və bunların
qısa xülasəsini qurandan sonra mövzunu yekunlaşdıran və mövcud
ədəbiyyatdan fikir, faktlar üzrə ziddiyyət və fərqli yanaşmaları nəzərə alan tezis
yazmağa daha yaxın ola bilərsiniz.
Sizin yazdığınız qeydlər boşuna olmayacaq, çünki onlar sizin tezis cümlənizi
dəstəkləyən paraqraflarınız üçün əsas parçalar olacaq. Əslində, əgər siz artıq
yaxşı qeydlər etmisinizsə, tezis cümlənizi dəstəkləyəcək arqumentinizlə
əlaqələndirmək üçün sizə yalnız paraqraflar arasına bağlayıcı cümlə lazım ola
bilər. İstifadə etdiyiniz yanaşmadan asılı olmayaraq, yazınızın yaxşı struktura
malik olması önəm daşıyır.Bu isə, giriş paraqrafı ilə başlayır.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin