Orta əsrlərdə not sisteminin meydana çıxması Orta əsrlərdə dövrün gedişatı not yazısının meydana gəlməsi zərurətini aşkara çıxarır. Antik
mədəniyyətin və orta əsrlərin erkən şəraitində əlifba (lat.- alfavit) yazıları geniş yayılır.
Çoxsəsliliyin inkişafı ilə əlaqədar yeni not yazısınını yaranmasına böyük ehtiyac vardı.
Orta əsrlərdə əsas not yazısı nevma yazıları idi. Tarixçilərin zənnincə, nevma yazıları
təxminən IX-X əsrlərdə Bizansda meydana gəlmişdi.. O dövrdə dirijorun əlinin hərəkəti
melodiyanın hərəkətini göstərirmiş. (Nevma sözünün mənası yunan dilində əlin hərəkəti
deməkdir.) Nevmanın iki cür növü olur. Onlar ştrix və reza mənasında işlənir. Ştrix yazıları
diatonik melodiyalar, reza isə xromatik melodiya üçün işlənilirdi.
Nevma yazılarında bir baxışla fərqlənməni görmək olmurdu, not yazılarının yüksəkliyi
müğənnilər tərəfindən təxminən təyin edilirdi. Bununla belə həmin dövr üçün nevma yazısı
proqressiv idi. Qriqorian xorallarını yazmaq üçün yüksəkliyi qeyd etmək o qədər də vacib deyildi.
Ona görə də, nevma yazıları o zamankı tələbatı təmin edirdi, sonralar isə təxminən XI əsrdən
başlayaraq, bir sıra musiqiçilər not yazısı sahəsində islahat aparmağa başlayır.Məsələn hərflər
sistemindən (hərflər latın hərfləri idi - a, b, c, d) istifadə olunurdu ki, not yazısında ritmikanı
göstərmək mümkün olmurdu.
Melodiyanın hərəkətini göstərmək üçün 8-9 xətdən istifadə edilirdi, bu xətlərin arasında notlar
tetraxordlarla yazılırdı. Nəticədə bir not bir neçə xətdə yazıla bilərdi.
Böyük dəyişikliyi, əsl islahatı XI əsrdə italiyalı musiqi nəzəriyyəçisi Qvido Aretso edir. Qvido
not sətrinə iki yeni xətt də əlavə edərək, not sətirində xəttlərin sayını dördə qaldırır. Səslərin
yüksəkliyini və uzunluğunu dəqiq göstərmək mümkün olurdu. XIV əsərdə dörd xəttə daha bir üfiqi
xətt əlavə olundu.
Hal-hazırda alt və üst əlavə xətlər, skripka, bas, do açarlarında not yazısına əsaslanan yazı
sistemi istifadə olunur.