Musiqi əsərlərinin təhlili
İncəsənət ictimai həyatın güzgüsüdür.İnsanların həyatı arzusu hiss və duyğuları (a mali hiss) bu
və ya digər formada əks etdirir.İncəsənətin sahələri arasında oxşar və fərqli xüsusiyyətlər vardır.
Məsələn:Əsər müəyyən vaxt ərzində şərh olunan növlər var- musiqi əsəri,teatr
tamaşasi,İncəsənətin bəzi
növləri üçün vaxt sərf olunmur;təsviri incəsənət,heykəl təraşlıq
növlərdən biri olan musiqi mövcud həyatı və insanın hiss və arzularını musiqi
səsləri vasitəsi ilə
canlandırır.İnsan danışığında olan xarakter-əhval musiqidədə var.Yəni insan bir kəlməni
mülayim qəzəblə və ya xayiş edici tərzdə deyirsə eynilə melodiyanı
müxtəlif əhvalda vermək
olar və dinləyici bundan asılı olaraq bəstəkar və ifaçının göstərmək istədiyi fikri və obrazı dərk
edir.Musiqi əsərinin janrı formasım,məzmunu olur.Onlar bir-biri ilə əlaqəlidirlər.Məzmun
formanı müəyyənləşdirir.Eyni zamanda forma məzmunsuz ola bilməz.Cəmiyyətdə ictimai
quruluş fərai dəyişdikcə incəsənətin əks etdirdiyi mövzu obraz dəyişdikcə forma və janrlardan
yrniləşir dəyişilir.Məsələn;aratoriya dini əsər olaraq yaranibsa XX əsrdə arıq
dinlə əlaqəsi
olmayan əsərlər aratoriyalar yazilib.Məsələn;prelüd operaya suitaya giriş idisə,Şopendən
başlayaraq müstəqil əsər kimi bəstələnir.Çalğı texnikasını təkmilləşdirmək
üçün tədrisdə istifadə
oılunan etüd sonra müstəqil konsert pyeslərinə çevrildi.
Musiqi forması
Musiqi əsərinin quruluşu onun formasını müəyyən edir.Forma əsərin məzmunu həssələrin və
şöbələrin bir-birinə olan münasibəti ilə təyin edilir .Hər bir əsərin forması özü
kimi fərdi
olur.Qeyd edilməlidirki formanı müəyyən edən qayda birdir yəni eyni formada yazılmış
müxtəlif əsərləri birləşdirən cəhətlər var. Məsələn:
2 hissəli formada
yazılmış əsərdə
2 period
mütləq olmalıdır.
Dostları ilə paylaş: