Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə18/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   14   15   16   17   18   19   20   21   ...   78
Sofiya m

“Dəyirmi masa
isə müəyyən problemlərin birbaşa müzakirəsi üçün
iştirakçıların bir araya gəldiyi daha geniş miqyaslı toplantıdır. Bu kommunikasiya
forması aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:

müzakirənin məqsədi gündəmdə olan problemlə bağlı fikir və ideyaları 
ümumiləşdirməkdir; 

dəyirmi masanın bütün iştirakçıları tərəfdaş qismində çıxış edirlər, başqa 
sözlə desək, digər iştirakçıların mövqeyinə deyil, müzakirə olunan 
məsələyə dair fikirlərini bildirməlidirlər;

müzakirənin bütün iştirakçıları bərabərdir; heç kim iradə və qərarlarını 
diqtə etmək hüququna malik deyil. 
“Dəyirmi masa”lar çox nadir hallarda hər hansı problemin həllində əsaslı rol 
oynayır. Belə tədbirlərin təşkili demək olar ki, əksər hallarda diqqət cəlb etmək üçün 
reklam xarakterli olur. 
İşgüzar söhbət.
idarəetmədə yaranmış hər hansı bir problemin həllinə xidmət 
edən və əksər hallarda 2 nəfər arasında baş tutan kommunikasiya formasıdır. 
Müxtəlif şirkət və təşkilat nümayəndələri arasında reallaşan işgüzar görüşlərdən 
fərqli olaraq işgüzar söhbət əksər hallarda eyni iş yerində çalışan əməkdaşlar 


arasında yaşanır və çox zaman qeyri-rəsmi xarakterdə olur. İşgüzar söhbətin 
məqsədləri aşağıdakılardır: 

həmsöhbətə müəyyən təsir göstərməklə, onu hərəkətə gətirmək, yeni iş 
münasibətləri yaratmaq; 

yaranmış problemin mahiyyətini başa düşmək; 

işçilərin açıqlamalarına və fikirlərinin təhlilinə əsaslanan həll yolu 
işləmək; 

işçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və operativ 
işlənməsi;
• artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqələndirilməsi; 
• işgüzar fəallığın stimullaşdınlması;
İşgüzar söhbət dialoq şəklində baş verir. Bunun üçün görüş zamanı veriləcək 
suallar, irəli sürüləcək mülahizələr diqqətlə seçilməli, həmsöhbətin müzakirə 
olunan mövzuya şəxsi münasibətinin ortaya çıxmasına yardımçı olmalıdır.
Söhbəti sual verən şəxs idarə edir, buna görə söhbəti düzgün istiqamətə 
yönəltmək və nəzarətdə saxlamaq üçün açıq və birmənalı suallardan istifadə etmək 
məqsədəuyğundur. 
İşgüzar söhbət növləri: 
İş görüşməsi (işə qəbul). 
Söhbətin məqsədi aşağıdakıları müəyyən etməkdir: 

namizədin işin öhdəsindən gəlmək potensialını və bunu başqalarından 
daha yaxşı edə biləcəyini; 

namizədin şəxsi keyfiyyətlərinin təşkilatın davranış şərtlərinə uyğun 
olub-olmamasını; 
İşdən çıxarıldıqda söhbət (çıxış görüşü).
Söhbətin gedişi işçinin işdən çıxarılma səbəblərindən asılıdır.

bir şəxs öz iradəsi ilə gedərsə, təşkilatda baş verənlər barədə doğru 
məlumat əldə etmək üçün işdən çıxmağının səbəbini daha ətraflı 


öyrənə bilərsiniz. Əgər səbəb iş prosesi ilə bağlı qarşıdurmadırsa, 
təşkilatın imicinə xələl gətirən informasiyanın yayılmasının qarşısını 
almaq üçün vəziyyəti yumşaltmağa çalışmaq, işçinin könlünü almaq 
vacibdir.

bir işçi işəgötürənin təşəbbüsü ilə işdən ayrılırsa, belə bir qərarın 
səbəblərini izah etmək, zəruri hallarda təşkilatın əmək bazarında 
nüfuzunu qorumaq üçün psixoloji və ya konsultativ dəstək vermək 
mümkündür. 

İntizam söhbətləri. 
Belə söhbətlər hər hansı əməkdaşın işində problemlər olduqda, intizam 
pozuntuları baş verdikdə keçirilir. Bu söhbətin konstruktiv bir təbiətə sahib olması 
üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur: 

işçi və onun işi barədə bütün lazımi məlumatları əvvəlcədən toplamaq; 

aşağıdakı mesajlar ardıcıllığına əməl etmək: 

işçinin işi barədə müsbət cəhətləri öncə vurğulayıb daha sonra 
tənqidə keçmək; 

işçinin qabiliyyətlərinə və motivasiyasına inam ifadə edərək 
vəziyyəti necə düzəltməyi öyrətmək.

şərhləri mümkün qədər spesifik etmək; 

şəxsiyyəti deyil, işi tənqid etmək. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin