1.Rəsmi- işgüzar yazılı nitqin leksikası ali leksikadır. Bu üslubda dilimizdə
işlənən bir sıra qəlib ifadələr, ştamplaşmış sözlərdən və ifadələrdən istifadə olunur.
(məsələn: elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək, müzakirə
etmək və s.). Bu üslub üçün xarakterik cəhətlərdən ən başlıcası sabit söz
birləşmələrinə daha çox yer verilməsi və metaforaların, məcazların, epitetlərin,
frazeoloji birləşmələrin işlənməməsidir.
2.Rəsmi- işgüzar yazılı nitqdə ümumxalq danışıq dilində işlənən bəzi
sözlərdən də istifadə edilir ki, bu ifadələr sənədlərdə rəsmi xarakter daşıyır.
Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”, “səfər”, “razılıq” və s.
Lakin ümumxalq danışıq dilindən və bədii üslubdan fərqli olaraq, bu sözləri
rəsmiləşdirmək üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi görüş”,
“rəsmi səfər” və s.
3.Rəsmi- işgüzar yazılı nitqin dilində bir sıra terminlər daha fəal istifadə edilir.
Məs;bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, ultimatum, fərman,
əmr, xasiyyətnamə, etibarnamə, arayış və s.
Qeyd olunanalarla yanaşı rəsmi üslubda müraciət formaları da xüsusi
əhəmiyyət kəsb edir. Müraciətə təntənəli xarakter vermək, xüsusi hörmət ifadə
etmək üçün
“cənab”, “zati alilər” kimi xitablardan istifadə olunur. Bu müraciətləri
formalaşdırarkən xüsusən diqqətli olmalı, müraciət olunan şəxsin mövqeyi, təmsil
etdiyi dövlətdə qəbul olunmuş normalar, milli və dini xüsusiyyətlər nəzərə
alınmalıdır.
Dostları ilə paylaş: