169
1
) Məsələn, rəvayətlərdən birində deyilir: «Mikayıl,
Peyğəmbərə
(s) Cəbraildən oxunuş səbkilərinin artırılmasını xahiş edir. O da,
Peyğəmbərin (s) xahişini və müsəlmanların Quranı bir səbkidə
oxumağa qadir olmamalarını nəzərə alaraq, Allahın izni ilə onların
sayını yeddiyə çatdırır. Digər rəvayətdə isə bu işin həzrət Mikayılın
tövsiyəsi olmadan həyata keçdiyi göstərilir.
2. Rəvayətdən birində deyilir: Ubey məscidə daxil olub orada bir
şəxsin ona tanış olmayan bir səbkidə qiraət etdiyini eşidir. Digər bir
rəvayətdə isə, məsciddə olarkən oraya
iki nəfər şəxsin gəldiyi və
onun qiraəti ilə zidd olan bir səbkidə qiraət etdikləri göstərilir.
3. Bəzən verilən cavabların suallarla müvafiq olmadığının şahidi
oluruq. Məsələn, İbni Məsudun nəql etdiyi rəvayətdə deyilir:
Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-
birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün
Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Əhvalatı ona
danışdıq. Əli (ə) Peyğəmbər (s)-la bir
qədər söhbət etdikdən sonra
bizə tərəf gəlib buyurdu: Allahın peyğəmbəri sizə öyrəndiyiniz kimi
qiraət etməyi əmr edir. Göründüyü kimi sualla verilən cavab
arasında heç bir əlaqə yoxdur.
4. Quranın yeddi müxtəlif səbkilərdə nazil olması
məna və
məfhum baxımından heç bir əhəmiyyət kəsb etmir. Quranın
müxtəlif səbkilərdə nazil olması ayələrin müxtəlif,
bəlkə də
ziddiyyətli mənalar verməsinə səbəb ola bilər. Quranın ən başlıca
hədəfi isə, bəşəriyyətin nadanlıq və cəhalətdən uzaqlaşıb haqqa,
ədalətə hidayət olmalarıdır.
Dostları ilə paylaş: