171
«əqvəm»dir. Cavabında demişdi: «əqvəm, əsvəb və əhda
kəlmələrinin hər üçü eyni məna daşıyır.»
3. İbni Məsudun qiraətinə istinad edərək deyir:
«[Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin
qışqırtısı] oldu»
ayəsində «səyhətən vahidətən» birləşməsini
«zəyqətən vahidətən» kimi oxumuşdu. «Səyhə» və «zəqyə» eyni
mənalı sözlər olub, dəhşətli və tükürpədici səs mənasını daşıyır.
4. Təbəri, Həmmama istinad edərək Məhəmməd ibni Bəşşar və
Ubeyy Saibdən nəql edib deyir: Əbu Dərda
«Həqiqətən
[Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin
yeməyidir»
ayəsində «təamul əsim» birləşməsini «təamul yətim»
kimi oxumuşdu. Əbu Dərda ayəni
bir neçə dəfə təkrar edir, lakin
onu dinləyən şəxs ayənin mənasını başa düşmür. Sonra o, ayəni bir
qədər də dəyişərək «təamul facir» kimi oxumağa başlayır. Çünki
«facir» və «əsim» kəlmələri eyni məna daşıyır.
5. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə
gəlirik ki, Quran, əzab ayələri rəhmət və rəhmət ayələri əzab ayələri
ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər.
Eləcə də ayədəki eyni mənalı sinonim sözlər bir-biri ilə əvəz oluna
bilər.
Cavab:
Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız
hesab edə
bilərik.
1) Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə
tutmaq lazımdır ki, sinonim sözlər Quranın bütün ayələrində deyil,
yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir zərurət
olmadan eyni mənalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə
düzgün ola bilər?!
2) Quran öz fəsahət və bəlağəti ilə
bütün səmavi kitablardan
fərqləndiyi və əbədi möcüzə olduğu bir halda, Peyğəmbər (s) orada
istifadə olunan eyni mənalı sözlərin bir-biri ilə əvəz olunmasına
icazə verə bilərdimi?
Məlum məsələdir ki, sonuncu səmavi kitab olan Quran Qiyamətə
qədər bəşəriyyətin istinad edəcəyi yeganə ilahi mənbədir və onun
mötəbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs kitabın
orjinallıq və toxunulmazlıq məsələsidir. Əgər Quranda belə
172
dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir
şey
mümkün olsa, onda artıq bu kitab nə orjinal sayılar və nə də
onun möcüzə olmasından danışmağa dəyməz. Əziz oxucular!
Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq «Yasin»
surəsinin bir neçə ayəsini məhz Quranın özündə işlənən sinonim
sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.
Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai əla təriqin səviyy.
İnzalil həmidil kərim. Lətəxəvvəfə qovmən ma xəvvəfə əslafəhum
fəhum sahun.
Hansı bir ağıllı
insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın
əmanəti olan müqəddəs kitabda belə dəyşikliklərin aparılmasına
icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Quranın təhrif
edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki
bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə
vermiş olur.
Allah
özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda
bağışlanmaz günahdır.
Allah-taala öz peyğəmbərinə xitabən buyurur:
Dostları ilə paylaş: