MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə114/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   110   111   112   113   114   115   116   117   ...   182
EL-BEYAN 1 Cİ CİLD

İkinci nəzər: 
Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: 
Yeddi oxunuş səbki deyildikdə, ayələrin yeddi hissəyə bölündüyü 
nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih, 
məsəl və Zəcr ayələridir. Bu nəzəriyyənin tərəfdarları Yunus ibni 
Məsuddan nəql olunmuş rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: 
Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir səbkidə nazil 
olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Quran isə yeddi fəsil və 
yeddi səbkidən ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, 
məsəl və Zəcr). Belə isə, Quranın haram etdiyini özünə haram, halal 
etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi 
şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və 
mütəşabih ayələrə iman gətirib əməl edin. 
Cavab: 
Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və 
əsassızdır. 
1. Rəvayətlərin zahiri mənasından məlum olur ki, yeddi oxunuş 
səbki deyildikdə, heç də ayələrin yeddi fəslə bölündüyü nəzərdə 
tutulmur; 


175 
2. Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə 
ziddiyyət təşkil edir. İbni Məsud rəvayəti nəql edərək deyir: Allah-
taala Quranı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm, 
mütəşabih və məsəl; 
3. Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də 
asan deyildir. Çünki, zəcr və haram sözləri eyni məna daşıyır. 
Demək, Qurandakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır. 
Əlavə olaraq qeyd etmək lazımdır ki, Quranda haqqında söhbət 
açılan bir çox mövzular bu fəsillərin heç birinə daxil olunmamışdır. 
Məsələn yaradılış, məad, peyğəmbərlərin və keçmiş ümmətlərin 
sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi 
mövzuları möhkəm və mütəşabih ayələr fəslinə aid etmək 
istəyirlərsə, gərək zahiri mənaları aşkar olduğu üçün bütün 
mövzular «möhkəm» ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, 
Quranı artıq yeddi deyil, yalnız iki fəslə bölməli olacağıq. Çünki, 
Qurani-kərimdə bəyan olunan mövzular məna baxımından ya aşkar 
(möhkəm) və ya mübhəmdirlər (mütəşabih). 
Üçüncü nəzər: 
Yeddi fəsil haqda irəli sürülən digər 
nəzəriyyələrdən biri də Quran ayələrinin əmr, qadağa, insanlarda 
rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin 
əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə 
əsaslananlar Məhəmməd ibni Bəşşarın istidlal etdiyi rəvayətə 
istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Quran 
yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda 
rəğbət və qorxu hissi yaratma, mübahisə, əhvalat və məsəl 
ayələrindən ibarətdirlər. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin