MüƏLLİFDƏN


«Onlar Qurandan üz çevirib ayələrin mənalarını təhrif edirlər



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə122/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   118   119   120   121   122   123   124   125   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Onlar Qurandan üz çevirib ayələrin mənalarını təhrif edirlər. 
Gecə-gündüz Quran oxuyar, lakin onun göstərişlərinə əməl 
etməzlər. Dar düşüncəli şəxslər Quranı üzündən oxumaqla zövq 
alar, alimlər isə ona əməl olunmadığını görəndə kədərlənərlər.» 
(Vafi 
«Namaz» fəslinin sonu, 5-ci cild, 284-cü səh.). 
2. Hərf və hərəkələrdəki təhriflər; 
Əgər kəlmələrdən bəzilərinin hərf və ya hərəkəsi dəyişilərsə, 
mənada heç bir dəyişiklik baş verməsə də təhrifə yol vermiş oluruq. 
On qiraət üsulu haqda söhbət açarkən biz bu mətləbə işarə etdik. 
Müxtəlif səbəblər üzündən meydana gəlmiş on qiraət üsullarında 
bu kimi dəyişikliklərin dəfələrlə şahidi oluruq. Bu səbəbdən də 
onlardan yalnız birini Quranın orjinal nüsxəsi ilə tətbiq etmək 
mümkündür. 
3. Kəlmələrdəki təhriflər; 
Əgər Quranın kəlmələrindən bəzilərini oradan çıxarsaq və ya 
ayrı bir kəlməni oraya əlavə etsək, mənasında heç bir dəyişiklik baş 
verməsə, yenə də təhrifə yol vermiş oluruq. 


187 
Bu kimi təhriflər, hətta Peyğəmbərin (s) zamanında belə Qurana 
yol tapa bilmişdir. 
Bunu sübuta yetirəcək bir neçə tarixi dəlillər vardır: 
1. Osman öz xilafəti dövründə ətraf məntəqələrin valilərinin hər 
birinə yeni yazılmış Quranın bir nüsxəsini göndərməklə, bu 
nüsxənin artırılmasını və mövcud olan bütün nüsxələrin 
yandırılmasını əmr edir. Buradan belə məlum olur ki, Osmanın 
xilafəti dövründə Quranın yazılış baxımından bir-birindən fərqli 
nüsxələri olmuş və xəlifə qiraətdə yaranmış ixtilafları nəzərə alaraq 
bu nüsxələrin yandırılmasını əmr etmişdir. 
2. Əbu Davud Sicistani özünün təlif etdiyi «Sünən ibni Davud» 
adlı kitabında, o dövrün Quran nüsxələrində mövcud olmuş 
ixtilafları müəyyən etmişdir. 
Birincisi, Osmanın xilafəti dövründə mövcud olmuş Quran 
nüsxələrində, kəlmələrin oxunuş və yazılış formasında nəzərə 
çarpacaq dərəcədə fərq və ixtilaflar olmuşdur. Onlardan yalnız biri, 
Quranın Peyğəmbərə (s) nazil olmuş nüsxəsi ilə hər cəhətdən 
uyğun idi və xəlifə Osmanın tətbiq etdiyi Quranlar məhz bu 
nüsxədən köçürülmüşdür. 
İkincisi, hər bir saf düşüncəli müsəlman belə bir əqidəyə 
əsaslanır ki, hal-hazırda hamı tərəfindən mütəvatir olaraq tilavət 
olunan Quran nüsxəsi, Osmanın xilafəti dövrünədək müxtəlif 
nüsxələrdə mövcud olmuş və bir-birindən fərqli üsullarla qiraət 
edilmişdir. Xəlifə Osman, bütün nüsxələrin yandırılmasını və yalnız 
Quranın orjinal nüsxəsinin saxlanılmasını əmr edir. 
Lakin, yalnız Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran 
nüsxələrinin mütəvatir və sonralar yazılmış nüsxələri təhrif 
olunmuş hesab edən şəxslər, hətta hal-hazırda mövcud olan Quran 
nüsxələrini belə mütəvatir olaraq qəbul etmirlər. 
Çünki, Təbəri və bu kimi əqidəyə əsaslanan bəzi müfəssirlər öz 
kitablarında Quranın yeddi səbkidə nazil olduğunu və Ömərin 
xilafəti dövründə bir yerə yığıldığını qeyd etmişlər. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin