199
üzərindən oxunan ayələr nəzərdə tutulur. Bir halda ki, bu tamamilə
yanlış bir fərziyyədir. «Zikr» deyildikdə Allah tərəfindən
Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur. Mövcud olan
Quran
nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin
zahiri formasıdır. Bu Quran nüsxələri isə zaman keçdikcə köhnəlib
aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə
köçürülmüş, zaman keçdikcə çürüyərək
aradan gedəcək nüsxələri
deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh
insanların qəlblərindəki Quranı nəzərdə tutmalıyıq. Belə bir Quran
dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç
biri təhrif və təbdilə məruz qalmayacaqdır.
4.
İrəli sürülən fərziyyələrə cavab verilsə də,
şübhə doğuran bir
məsələ də vardır və o da bundan ibarətdir ki, əgər «təhrif
nəzəriyyəsinin» tərəfdarları Quranın bu ayəsində də (Hicr-9) təhrifə
yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Quranın təhrif
olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları
bir o qədər
də inandırıcı olmayacaqdır. Çünki, təhrif olunduğu ehtimal olunan
bir ayə ilə Quranın təhrif olunmasını isbat etmək həm məntiqdən
uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-
mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət
kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s)
Əhli-beyti tərəfindən Quran ayələrinin təhrif olunub-olunmaması
haqda nəql olunan rəvayətlərin
mötəbərliyini qəbul edib-
etməməkdən ibarətdir. Yəni, Quranın təhrif olunub-olunmamasına
dair etibar baxımından onlar tərəfindən nəql olmuş hədis və
rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir
çətinliklərlə üzləşməzlər. Onlara qarşı
kin-küdurət bəsləyən,
buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox
məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və
əsassız olacaqdır.
Dostları ilə paylaş: