192
deyəcəkdir. Lakin o haradan bilsin ki, Quranın
böyük bir hissəsi
ixtisara salınaraq aradan getmişdir. Yaxşı olar ki, o, «mən Quranın
mövcud olan hissəsini hifz etdim» desin.»
(İtqan 2-ci cild, 40-41-ci səh.).
5. Urvət ibni Zubeyr, Ayişədən nəql edərək deyir: «Peyğəmbərin
(s) zamanında Əhzab surəsi iki yüz ayədən ibarət idi. Osmanın
xilafəti dövründə Quran vahid nüsxə halına salındıqdan sonra
orada, hal-hazırkı nüsxələrdə mövcud olan ayələr qaldı.»
(İtqan 2-ci
cild, 40-41-ci səh.).
6. Əbu Yunusun qızı Həmidə nəql edərək deyir: «Atamın səksən
yaşı olarkən mənim üçün Ayişənin yazdığı səhifələrdən bu ayəni
oxudu:
«Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərir [xeyir-dua
verirlər]. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə
salamlayın [Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd: Əssəlamu
ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuhu – deyin!]
(İtqan 2-ci
cild, 100-cü səh.).
Həmidə deyir: «Bu əhvalat, xəlifə Osman Quranı yığmazdan
əvvəl baş vermişdir.»
7. Əbu Hərb ibni Əsvəd atasından deyir: «Əbu
Musa Əşəri,
Bəsrənin üç yüz nəfər görkəmli qarilərini yığıb onlar üçün ziyafət
təşkil etdi. Sonra üzünü onlara tutub dedi: «Siz əməli-saleh insanlar,
Bəsrənin ən yaxşı qarilərindən hesab olunursunuz. Dünya malına
bel bağlayıb hər şeyi arzu etməyin. Əgər belə edərsinizsə
qəlblərinizi qəsavət bağlayar və sizi həqiqətdən uzaq salar. Keçmiş
ümmətlər xam xəyallarla yaşamış və tükənməyən arzular onların
qəlblərinə qəsavət möhrü vurmuşdur.»
Sonra sözlərinə əlavə edərək dedi:
Əvvəllər Quranda həcm və qafiyə baxımından Bəraət surəsinə
bənzər bir surə oxuyardıq. Lakin həmən surədən mənim yadımda
qalan yalnız bu ayə olmuşdur.
«Əgər Adəm övladı var-dövlət ilə dolu iki səhraya malik olarsa, üçüncü
arzunu da edəcəkdir. [Axırda isə] Adəm övladının qarnını torpaqdan başqa
heç bir şey doyuzdurmayacaqdır.»
193
Yadımdadır, Musəbbihat surəsinə oxşar başqa bir surə də
oxuyardıq. Amma təəssüflər olsun ki, ondan da yalnız
bu ayə
yadımda qalmışdır.
«Ey iman gətirənlər! Etməyincə bir şeyi niyə deyirsiniz? Bilin ki, bu
kimi sözlər sizin əməl dəftərlərinizdə yazılacaq və qiyamət günü sorğu-sual
olunacaqsınız.»
(Səhihi Müslüm. 3-cü cild, 100-cü səh.).
8. Zərr deyir: Günlərin bir günündə Ubeyy ibni Kəb məndən
soruşdu: Ey Zərr! Əhzab surəsi neçə ayədən ibarətdir? Dedim:
Yetmiş üç ayədən. Sözümü kəsərək dərhal dedi: Əhzab surəsi həcm
baxımından Bəqərə surəsi kimi, bəlkə ondan da böyükdür.
(Musnəd
Əhməd 2-ci cild, 43-cü səh.).
9. İbni Əbi Davud və İbni Ənbar Şəhabdan nəql edərək deyir:
Bizə bəlli olmuşdur ki, (Osmanın xilafəti dövrünədək) mövcud
olmuş Quranlar həcm baxımından hal-hazırkı Quran nüsxələrindən
daha böyük olmuşdur. Lakin, Yəmamə döyüşündə Quran
hafizlərinin həlak olması nəticəsində Quranın böyük bir hissəsi
aradan getmişdir.
(Musnəd Əhməd ibni Hənbəl 2-ci cild, 50-ci səh.).
10. Ömər Ayişədən nəql edərək deyir: Əvvəllər
«[Uşaq anadan] on
dəfə [və ya on dəfədən artıq] süd əmərsə [ananın] digər uşaqları məhrəm
olmuş olur»
ayəsi Quran nüsxələrində mövcud olmuş lakin, «Xəmsu
məlumatin – beş dəfə əmərsə...» ayəsi nazil olmaqla, əvvəlki hökm
öz qüvvəsini itirmişdir. Hər iki ayə, hətta Peyğəmbərin (s)
vəfatından sonra digər ayələrlə yanaşı qiraət olunardı.
(Səhihi Buxari
4-cü cild, 167-ci səh.).
11. Musəvvər ibni Muxrəmə nəql edərək deyir: Ömər ibni
Əbdürrəhman ibni Ovf deyərdi: Sən də
«Əgər döyüşərsinizsə, əvvəl
döyüşdüyünüz kimi döyüşün»
ayəsini Quranda tapa bilmirsən?!
Əbdürrəhman cavabında dedi: Digər ayələr kimi bu ayə də aradan
getmişdir.
(İtqan 2-ci cild, 42-ci səh.).
12. Əbu Süfyan Kəlai deyir: Günlərin bir günündə Muslimət ibni
Muxlid Ənsari bizə dedi: Əvvəllər Quranın bir hissəsini təşkil edən,
lakin sonradan ixtisara salınmış iki ayə haqda nə deyə bilərsiniz?
Onlardan
heç biri, hətta Əbu Kənud Səhd ibni Malik belə onun
hansı ayəni nəzərdə tutduğunu xatırlaya bilmədi. Sonra İbni
Muslimə özü bu iki ayəni oxudu:
194
«İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad
edənlər [Mühacirlər!] Müjdələr olsun ki, nicat tapanlardan oldunuz!
Onlara [möminlərə] sığınacaq verən, [çətinliklərdə] köməklik edən və
Allahın qəzəbinə gəlmiş şəxslərin qarşısında onları müdafiə edən şəxslər,
kimsənin təsəvvür etmədiyi nemətlərlə mükafatlandırılarlar. Bütün bunlar
onlara gördükləri xeyirli işlərin müqabilində bəxş olunar.»
Bütün bunlarla yanaşı İbni Abbasın və Ubeyy ibni Kəbin
yazdıqları səhifələrdə Xələ və Həfəd adlı surələrə də rast gəlmək
olar. Surələrin hər birindən bir ayəni sizin nəzərinizə çatdırırıq.
«İlahi! Biz səndən kömək diləyir və bağışlanmağımızı istəyirik. Şəninə
şükr və səna deyir və sənə şərik qoşmayırıq. İtaətindən çıxıb günahkar
şəxsləri özümüzdən uzaq edirik. İlahi! Yalnız sənin üçün ibadət edir,
qarşında namaz qılıb səcdəyə qapanırıq. Hər zaman sənə pənah gətirib
bütün işlərimizi sənə xatir görürük. Əzabından qorxur, rəhmətinə ümid
edirik. Çünki, əzabın yalnız kafirlərə şamil olar.»
Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin biz,
bunlarla kifayətlənib verilən cavabları nəzərdən keçirməyə daha
çox əhəmiyyət veririk.
Cavab:
Quranın
bəzi ayələrini tilavət, bəzilərini də ixtisara
salınaraq onun orjinal nüsxəsindən çıxarılması təhrifdən savayı bir
şey deyildir. Bir sözlə Quranın təhrif olunduğuna dair irəli
sürülmüş nəzəriyyə heç bir məntiqə əsaslanmadığı kimi orada bəzi
ayələrin ixtisara salınması da tamamilə batil və əsassız
nəzəriyyədir. Çünki, bu kimi dəyişikliklər ya Peyğəmbərin (s) özü,
ya da ondan sonra xilafəti idarə edən şəxslər tərəfindən həyata
keçirilməli idi.
Dostları ilə paylaş: