MüƏLLİFDƏN


QURAN SURƏLƏRİNİN NAMAZDA OXUNMASI



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə134/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   130   131   132   133   134   135   136   137   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURAN SURƏLƏRİNİN NAMAZDA OXUNMASI 
Quranın təhrif olunmamasına dəlalət edən başqa bir dəlil, vacibi 
namazlarda 1-ci və 2-ci rəkətlərdə «Həmd» surəsindən sonra hər 
hansı bir surənin tam şəkildə və ayət namazında isə bir surənin beş 
yerə bölünərək oxunmasıdır. Bu hökm namaz vacib olunduğu ilk 
gündən məhz bu şəkildə müəyyənləşmiş və müsəlmanlar 
tərəfindən icra olunmuşdur. 
Buna əsasən təhrif nəzəriyyəsini qəbul edən şəxslər, gündəlik 
namazlarında təhrifə yol verilmiş surələr oxumamalıdırlar. Həmd 
surəsindən sonra hər hansı bir surənin tam və düzgün şəkildə 
oxunması vacib olduğu üçün, təhrif olunmuş surələrin oxunması 
mükəlləfin üzərindən məsuliyyəti götürməz.
İrad: 
Təhrif nəzəriyyəsinin tərəfdarları belə bir iddia irəli sürə 
bilərlər ki, surənin tam oxunması, yalnız onun təhrifə məruz 
qalmadığını bilmədikdə vacib olur. Bundan qeyri-halda surənin 
tam oxunması heç də vacib deyildir. 
Cavab: 
Bu iddianı yalnız o zaman düzgün hesab etmək olar ki, 
Quranın bütün surələrinin təhrif olunduğuna ehtimal vermək 
olsun. Lakin bu surələrdən heç olmasa biri – hətta təhrif 
nəzəriyyəsinin tərəfdarlarının əqidəsinə əsasən – təhrif olmasa, 
onda gərək bu nəzəriyyənin tərəfdarları gündəlik namazlarında bu 
surədən başqa heç bir surə oxumasınlar. 
Başqa bir irad: 
Məsum imamlar namazda Həmd surəsindən sonra hər hansı bir 
surənin oxunmasını icazə vermişlər. Əgər belə bir icazə 
verilməsəydi, təhrif olması ehtimal verilən surələrin oxunması 
düzgün olmazdı. 
Cavab: 
İmamların, Quran surələrinin gündəlik namazlarda 
oxunmasına icazə vermələri, onun təhrif olunmamasını bir daha 
sübuta yetirir. Yox, əgər imamların bu icazəsi müsəlmanların 


206 
qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil 
edəcəkdisə, bu halda onlar təhrif olunmamış surələrin oxunmasını 
tövsiyə edərdilər. Və belə olduqda təqiyyə ilə də heç bir ziddiyyət 
yaranmazdı. Çünki, Tövhid və Qədr surələrinin oxunmasına daha 
çox diqqət yetirər və onların fəziləti haqda dəyərli məlumatlar 
verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda söhbət açmaq 
əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının 
vacibliyini bəyan edərdilər. 
Nəticə: 
Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı 
bir surənin tam oxunmasının vacibliyi imamlar tərəfindən dəfələrlə 
bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında təqiyyə 
etmələrinə heç bir səbəb olmamışdır. Çünki, bu hökm ya 
Peyğəmbərin (s) zamanında, ya da ondan sonra imamlar tərəfindən 
verilmişdir. 
Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin 
oxunmasının vacibliyi, hələ Peyğəmbərin (s) zamanında bəyan 
edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik 
namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman 
düzgün olardı ki, surələr təhrif olunmadan özünün həqiqi formasını 
saxlaya bilmiş olsun. Təhrifə məruz qaldıqda isə, elə bir surə 
seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün 
heç bir surə müəyyən olunmamış və istənilən hər bir surənin tam 
oxunmasına icazə verilmişdir. Bu isə bir daha Quranın təhrif 
olunmadığını sübuta yetirir. 
Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil, bütün 
surə və ayələrin (istənilən vaxtlarda da) qiraət olunmasına şamil 
olur. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin