209
günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s.
məsələlər Quranla tətbiq olunmuşdur. Demək, müsəlmanların
Qurana böyük əhəmiyyət verdikləri belə bir zamanda, onun kimsə
tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkün idi. Və
eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Səd ibni Ubadə və
başqaları o günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir
o qədər də əhəmiyyət kəsb etməyən məsələləri belə nəzərdən
qaçırmayırdılar. Əgər xilafət başçıları
Quranda təhrifə yol vermiş
olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən etirazla qarşılanar və tez
bir zamanda bunun qarşısı alınardı. Lakin tarixi mənbələr bizə bu
haqda heç bir məlumat verməyir.
Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi «Şəqşəqiyyə»
kimi həyacanla dolu olan xütbəsinə nəzər saldıqda belə, biz bu
mətləbə toxunulduğunun şahidi olmuruq.
«Quran təhrif olunmuşdur lakin, kimsə buna etiraz etməmişdir»
kimi
iddia edənlər isə, böyük bir səhvə yol vermiş olurlar. Çünki,
tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq indiki
zamana kimi gəlib çatmışsa, əgər doğrudan da islamın və
müsəlmanların müqəddəratına böyük təsir göstərən belə bir
əhəmiyyətli
hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix
kitablarında nəql olunmalıydı.
Dostları ilə paylaş: