202
İnsanların haqqa hidayəti və bu yolun həqiqi davamçılarından
olmaları,
onların
zəmanə
imamı
ilə
birbaşa
ünsiyyətdə
olmalarından asılı deyildir. Çünki, birbaşa
ünsiyyət onlar sağ ikən
də hamıya müyəssər olmurdu. O ki qaldı qeybət dövründə
müəyyən şəxslərin imamla ünsiyyətdə olmalarının zəruriliyini
iddia
etmələrinə, bu tamamilə əsassız bir iddiadır. Belə ki, şiə
məzhəbinin davamçıları istər imamların həyatı dövründə, istərsə də
onlar qeybdə olan zaman onlarla ya birbaşa, ya da müxtəlif
şəxslərin vasitəsilə ünsiyyətdə olmuşlar. Onlar imamlara qarşı
məhəbbət göstərir və onların buyruqlarını həyatın
bütün
sahələrində həyata keçirərdilər.
Qurana gəldikdə isə, qeyd etmək lazımdır ki, müsəlmanlar bütün
mənəvi dəyərləri daim oradan götürmüş və bütün işlərdə onu
özləri üçün örnək hesab etmişlər. Onları zəlalətdən səadətə
qovuşduran və xoşbəxt həyatlarını
təmin edən də məhz Quran
olmuşdur.
«Quranın əsli zəmanənin imamındadır» deyənlər isə, böyük
səhvə yol vermiş olurlar. Çünki, belə bir halda müsəlmanların
istədikləri vaxt Qurana müraciət etmələri heç də asan olmazdı.
Bilavasitə haqq-ədalət
və hidayət mənbəyi olan Quran, daim
müsəlmanların ixtiyarında olmalı və onlar istədikləri vaxt ona
müraciət edə bilməlidirlər.
«Səqəleyn» hədisinin Quranın təhrif olunmamasına dəlalət
etməsi bundan ibarət idi.
Dostları ilə paylaş: