203
qovuşduran yalnız fiqh ayələri deyil, onun bəşər həyatını hərtərəfli
əhatə edən bütün ayələri, o cümlədən əxlaq, rəftar, ailə, siyasət,
hüquq, ticarət və s. qanunvericilik ayələri də şamildir. Quranın
fəziləti barəsində söhbət açarkən qeyd etdik ki, bəzi ayələrdə
keçmiş ümmət və peyğəmbərlərin sərgüzəştləri
əhvalat şəklində
bəyan olunsa da, əsas məqsəd ilahi hökmlərin izahı və insanların
bundan ibrət götürərək haqqa hidayət olmalarıdır. Buna əsasən
müsəlmanlar Qurana iman gətirərək onun bütün ayələrinə istinad
etmişlər.
«Təhrif nəzəriyyəsi»ni qəbul edənlər arasında elələri də vardır ki,
təhrif deyildikdə yalnız vilayət ayələrinin təhrif olunduğunu
nəzərdə tuturlar. Bir halda ki, vilayət ayələri
də digər ayələr kimi
hər bir müsəlman tərəfindən qəbul olunmalı və əməli olaraq sübuta
yetirilməlidir. Və belə bir halda bu ayələrdə də təhrifə yol verilməsi
sadəcə olaraq qeyri-mümkündür.
Təhrif nəzəriyyəsinin əsassızlığının «Səqəleyn» hədisi vasitəsilə
sübuta yetirilməsinin ikinci yolu bundan ibarətdir ki, təhrif məsələsi
düzgün olsa, onda Quran tədricən öz etibarını itirəcək və nəticədə
dəlil olaraq kimsə tərəfindən mötəbər sayılmayacaqdır. Belə bir
çətinliklə qarşılaşan hər bir şəxs, şəkk-şübhəni aradan qaldırmaq
üçün Əhli-beytə (ə) müraciət etməli, onların
Quran barəsində
verdikləri nəzəriyyəyə, yəni bu ilahi kitabın təhrif olunmamasına
etiqad bəsləməli və bu barədə heç bir əlavə fərziyyələrə istinad
etməməlidir. Çünki, hədisdən əldə etdiyimiz mənaya əsasən Əhli-
beyt (ə), Qurandan sonra müsəlmanların istinad edəcəkləri ikinci ən
mötəbər mənbədir. Belə bir halda, Quranın təhrif olunduğuna
ehtimal verib sonra bu nəzəriyyənin əsassız
olduğunu Əhli-beytin
(ə) buyuruqları ilə sübuta yetirməliyikmi?!
«Təhrif nəticəsində Quran öz etibarını itirir» dedikdə isə,
ayələrdə olunan ixtisar, əlavələr, dəyişikliklər və bunun nəticəsində
məna, məfhum baxımından nəzərə çarpan fərqlər nəzərdə tutulur.
Nəticə:
Təhrif nəzəriyyəsindən əldə olunan nəticə, Quranın öz
etibarını itirməsi və ayələrin zahiri mənalarına istinad olunmasıdır.
Bu isə qeyd etdiyimiz kimi, tamamilə yanlış bir nəticədir. Belə ki,
Quranın dəlil olmaması onun təhrif olunduğuna dəlalət edir və belə
204
bir halda bunun sübuta yetirilməsi üçün «icmali elm»dən istifadə
olunmasına heç bir ehtiyac duyulmur. Bu halda biz belə bir qənaətə
gəlməliyik: Təhrif nəticəsində «icmali elm» yolu ilə bəzi ayələrin
zahiri mənalarında yaranmış ixtilaflar artıq bizə bəlli olur və icmali
elmə istinad etməklə Quran öz etibarını itirir. Çünki, əgər Quranın
zahiri mənasının dəlil olduğunu icmali elm yolu ilə sübuta yetirmək
istəsək, cavabında gərək deyək:
Əvvəla, Quranda təhrifə yol verilməsi
icmali elmə və ayələrin
zahiri mənasında ixtilafın yaranmasına səbəb olmur. Digər tərəfdən
isə icmali elm, Quranın zahiri mənalarına istinad olunmasında heç
bir təsirə malik deyildir. Çünki, icmali elm yalnız o zaman təsirli ola
bilər ki, ona hər tərəfli əməl olunmuş olsun, əks təqdirdə onun heç
bir vəzifə təyin etmək səlahiyyəti olmayacaq. Belə olduqda isə
icmali elm, Quran ayələrinin zahiri mənalarının şəriət məsələlərini
bəyan edən və bəyan etməyən ayələri arasında ixtilafın
yaranmasının qarşısını alır. Şəriət hökmlərini bəyan etməyən
ayələrə əməl olunmadıqda isə, icmali elm heç bir rol oynamayacaq.
Təhrif nəzəriyyəsinin tərəfdarları bəzən belə güman edirlər ki,
Quranın dəlil olması onların istinad etdikləri
nəzəriyyə ilə heç də
ziddiyyət təşkil etmir. Yəni onlar həm Quranın dəlil olmasını, həm
də onun təhrif olunduğunu qəbul edərək, belə bir fərziyyəyə istinad
edirlər. Onlar deyirlər: Təhrif nəzəriyyəsini qəbul etməklə yanaşı,
Quran ayələrinin zahiri mənalarına da istinad edə bilərik. Çünki,
ayələrin zahiri mənalarının dəlil olması təhrif nəzəriyyəsinin
etibarsızlığına səbəb olur. Lakin, imamlar mövcud Quranların
mötəbərliyini, həmçinin öz səhabələrinin Quranın zahiri mənalarına
əməl etmələrini təsdiq etmişlər. Beləliklə, təhrif nəzəriyyəsinin
tərəfdarları həm bu nəzəriyyəyə istinad etmək, həm də Quranın
zahiri mənalarının imamlar tərəfindən təsdiq olunduğuna etiqad
bəsləmək istəmişlər.
Lakin, bu tamamilə batil və əsassız fərziyyədir. Çünki, imamların
öz davamçılarını haqqa hidayət etmələri və onların Quran
ayələrinin zahiri mənalarına istinad etdiklərini təsdiq etmələri, heç
də Quranın dəlil olduğunu sübuta yetirmək məqsədilə olmamışdır.
Əksinə onlar, Quran nazil olduğu ilk gündən onun zahiri
205
mənalarının dəyişilmədiyinə istinad etmiş və belə bir saf əqidəyə
əsaslanaraq bəşəriyyətin hidayətini öz üzərlərinə götürmüşlər. Yəni,
onların mövcud Quranların mötəbərliyini təsdiq etmələri, onun
zahiri etibarına deyil, həqiqi dəlil və höccət olduğuna dəlalət edir.
Dostları ilə paylaş: