MüƏLLİFDƏN


QURANIN TƏHRİFƏ OLAN BAXIŞI



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə128/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   124   125   126   127   128   129   130   131   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANIN TƏHRİFƏ OLAN BAXIŞI 
QURANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN 
AYƏLƏR 
Artıq, təhrifin nə olduğu və onun hansı amillər üzündən 
yarandığı bəlli oldu. 
Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna 
dəlalət edəcək bir sıra ayələr də vardır və biz onlardan bir neçəsini 
misal olaraq burada qeyd edirik. 
Birinci
ayə:
«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər 
cür 
təhrif 
və 
təbdildən 
– 
artırıb-əksiltmədən] 
qoruyub 
saxlayacağıq.» (Hicr-9). 
Buradan belə məlum olur ki, Quran nazil olduğu ilk gündən 
Allah-taala tərəfindən təhrif və dəyişikliklərdən qorunub 
saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır. 
Lakin «təhrif nəzəriyyəsinin» tərəfdarları bu ayəni müxtəlif 
mənalarda təfsir etməyə çalışmışlar: 


197 
1. Ayədə qeyd olunan «zikr» kəlməsindən məqsəd Quran deyil
Peyğəmbərdir (s). Belə ki, Təlaq surəsinin 10-11-ci ayələrində zikr 
deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur. 
«Allah sizin üçün Quranı nazil etmiş və iman gətirib yaxşı işlər 
görənləri zülmətdən nura [küfrdən imana] çıxartmaq üçün Allahın 
açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir 
peyğəmbər göndərmişdir.» 
Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər 
(s) özüdür. 
Yəni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə təyin 
etdikdən sonra, bu ayəni nazil etməklə onu xoşagəlməz 
hadisələrdən qoruyacağını bildirmək istəmişdir. 
Cavab: 
Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. 
Çünki, ayədə istifadə olunan «İnzal» və «Tənzil» kəlmələri (nazil 
etmək – nazil olmaq) mənalarını daşıyır. Demək «zikr» deyildikdə, 
hər iki ayədə Peyğəmbər (s) deyil, Quran nəzərdə tutulur. Və əgər 
«zikr» deyildikdə Peyğəmbər (s) nəzərdə tutulsaydı, «irsal» 
(göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı. 
Əgər burada «zikr» deyildikdə Peyğəmbərin (s) nəzərdə 
tutulduğunu fərz etsək, bir qədər əvvəl misal olaraq qeyd etdiyimiz 
Hicr surəsinin 9-cu ayəsindən üç ayə əvvəl «zikr» deyildikdə, 
Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin