195
Şafei və onun davamçıları Quranın zahiri mənasına istinad
edərək, Quranın sünnət və mötəbər rəvayətlərlə nəsx olunmasını
(əvəz olunmasını və ya ixtisara salınmasını) tamamilə əsassız hesab
edirlər. Əhməd ibni Hənbəl də bu əqidəyə əsaslanmışdır.
Bəziləri
Quranın nəsx olunmasını mütəvatir rəvayətlərlə düzgün hesab
etməsələr də, belə bir prosesin həyata keçməsini qeyri-mümkün
hesab edirlər. Bütün bu rəvayətlərin vahid xəbər formasında nəql
olunduğunu nəzərə alaraq, Quranın nəsx olunmasını
Peyğəmbərə
(s) aid etmək olarmı? Qeyd etmək lazımdır ki, bu rəvayətlərin
məzmununda da bir sıra ziddiyyətlər nəzərə çarpır. Belə ki,
onlardan bəzilərində nəsxin Peyğəmbərin (s) özü tərəfindən,
bəzilərində isə onun vəfatından sonra baş verdiyinə işarə olunur.
İkinci nəzər:
Quranın Peyğəmbərdən (s) sonra iqtidarda olmuş xəlifələr
dövründə təhrif olunmasına gəldikdə isə, bunu deyə bilərik ki, belə
bir
nəzəriyyəni qəbul etmək, Quranın təhrif olunmasını qəbul
etmək deməkdir. Belə bir nəzəriyyəyə əsaslanaraq deyə bilərik ki,
Quran tilavətində nəsxə yol verildiyinə etiqadı olan əhli sünnə
alimlərinin
bir çoxu, Quranın özündə də təhrifə yol verildiyinə
istinad edirlər. Çünki, onlar Quran ayələrinin tilavətinin nəsx
olunmasına əsaslanırlar. Hətta əhli sünnə alimlərinin bəziləri, bu
ayələrlə bağlılığı olan şəri məsələlərdə bir sıra
çətinliklərlə
qarşılaşmışlar. Məsələn, boynuna cənabət qüslü gəlmiş şəxs, tilavəti
nəsx olmuş ayələri oxuya bilərmi? Və ya dəstəmazı olmayan şəxslər
bu ayələrə toxuna bilərmi?
Bəziləri bu barədə qəti hökm verərək, boynuna cənabət qüslü
gəlmiş və həmçinin dəstəmazı olmayan şəxslərə,
nəsx olmuş
ayələrin oxunmasını və onlara toxunmasını qadağan etmişdir. Bu
da əhli sünnənin Quran ayələrinin nəsx olunduğuna dair olan
etiqadlarını bir daha sübuta yetirir. Əhli sünnə məzhəbinin bir
hissəsini təşkil edən mötəzilə məzhəbinin davamçıları isə bu
nəzəriyyəni qətiyyətlə rədd edirlər.
Lakin
təəccüb doğuran budur ki, əhli sünnə alimlərinin bəziləri
əhli sünnə davamçılarının belə bir etiqada əsaslanmadığını inkar və
təkzib etmişlər. Hətta Alusi, Mərhum Təbərsinin təhrifin
196
Həşfiyyəyə aid etdiyini təkzib edərək deyir: Əhli sünnə alimlərinin
heç biri Quranın təhrif olunmasına dair fikir irəli sürməmişdir.
Daha
təəccüblüsü budur ki, o, şiə alimlərini təhrif nəzəriyyəsini
qəbul etməkdə ittiham etmişdir. Alusi bu haqda deyir: Şiə
alimlərinin irəli sürdükləri fərziyyələr, onların «Quranın təhrif olma
nəzəriyyəsini» qəbul etmələrini bir daha sübuta yetirir. Belə ki,
Təbərsi onların belə bir batil və yanlış əqidələrinin üstünü örtmək
üçün bir sıra dəlillərə istinad etməyə cəhd göstərmişdir.
(Ruhul
Məani. 1-ci cild, 24-cü səh.).
Bu iradların əksinə olaraq, ötən fəsillərdə şiə alimlərinin «təhrif
nəzəriyyəsini» qətiyyətlə rədd etdiklərini və onların bu barədə heç
bir fikir irəli sürmədikləri haqda ətraflı izahatlar verdik.
Hətta
Təbərsi öz kitabında Seyyid Mürtəzanın «təhrif nəzəriyyəsinin»
batil olduğuna dair gətirdiyi əsaslı dəlillərə işarə etmişdir.
(Məcməul-
bəyan. 1-ci cil, 15-ci səh.).
Dostları ilə paylaş: