MüƏLLİFDƏN


 Quranın siyasi xarakter daşıyan ayələrinin təhrifi



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə137/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   133   134   135   136   137   138   139   140   ...   182
EL-BEYAN 1 Cİ CİLD

3. Quranın siyasi xarakter daşıyan ayələrinin təhrifi; 
Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki
Quranın siyasi xarakter daşıyan ayələri birinci və ikinci xəlifə 
tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur. 
Lakin bu, tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) 
xilafətdən məhrum olduqdan sonra həyat yoldaşı həzrət Zəhra (ə) 
və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz etirazlarını bildirir, 
Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri 
onlara xatırladırdılar. Əliyə (ə) yaxın olan səhabələr Peyğəmbərdən 
(s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mötəbər 
hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz 
etirazlarını bildirmişdilər. «İhticac» adlı kitabda səhabələrdən on iki 
nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər açıq-


210 
aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı məlumat əldə etmək 
istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər. 
Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr 
təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən 
böyük etiraza səbəb olar və dərhal həmən təhriflərin qarşısı 
alınardı. 
QURANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF 
OLUNMASI 
Osmanın xilafəti dövründə Quranın təhrif olunmasına dair irəli 
sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır. 
1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf 
mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Quranı 
təhrif etməyə cürət edə bilməzdi. 
2. Osmanın, Quranın siyasi xarakter daşımayan ayələrini təhrif 
etməyə heç bir səbəb olmamışdır. O ki qaldı xilafət mövzusuna 
dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu 
müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın 
xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və 
təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə təyin olunmasının 
qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və 
onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi. 
3. Əgər Osman həqiqətən də Quranı təhrif etmiş olsaydı, bu onu 
qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə 
çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə 
etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər. 
4. Əgər Quran xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan 
sonra xəlifə təyin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı 
düzəlişlər aparardı. Lakin, bu barədə xəlifəyə hətta onun 
müxalifləri belə etiraz etməmişlər. 
Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan 
sui-istifadə etməsi haqda deyir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin