MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə145/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   141   142   143   144   145   146   147   148   ...   182
EL-BEYAN 1 Cİ CİLD

DÖRDÜNCÜ HİSSƏ 
«Təhrif rəvayətinə» istinad edən başqa qrup deyir: Quranda bəzi 
ifadələr ixtisara salınmaqla mətnində nöqsan və çatışmamazlıqlar 
meydana gəlmişdir. 
Cavab:
Bu məzmunda nəql olunmuş rəvayətlər də digər 
rəvayətlər kimi tamamilə zəif və əsassızdır. Biz bu rəvayətləri də 
digər rəvayətlər kimi diqqətlə araşdırmalı və yetkin nəticəyə 
gəlməliyik. Yəni biz onları Quranın təhrif olunub-olunmadığına 
dair nəql olunmuş rəvayətlə və ya Quranın öz ayələri ilə tətbiq 
etməli, həqiqət olub-olmadığına yəqinlik hasil etməliyik. Bu 
rəvayətələr Quran və mötəbər rəvayətlərlə ziddiyyət təşkil etdikdə, 
digər qeyri-mötəbər rəvayətlər kimi kənara qoyulmalı, ona istinad 
olunmamalıdır. 
Məşhur Quran təhqiqatçılarından biri olan Kobasi bu haqda 
deyir: Quranın təhrif olunduğuna dəlalət edən rəvayətlər, bəziləri 
istisna olmaqla müsəlman icması tərəfindən qətiyyətlə rədd olunur. 
Quranda təhrif və ya nöqsana yol verilməsinə heç bir əsas yoxdur. 
Əgər bu həqiqətə uyğun olsaydı, digər mühüm hədislər kimi tez bir 
zamanda yayılar və hamının, xüsusilə təhrif nəzəriyyəsinin maraq 
dairəsinə çevrilərdi. Çünki, bu heç də kiçik və az əhəmiyyətli 
məsələ deyildir. 
Belə bir nəzəriyyə Bağdadi və Kurki kimi digər təhqiqatçılar 
tərəfindən irəli sürülmüşdür. Kurki, Quranın təhrif olunmadığına 


224 
dair təlif etdiyi kitabda yazır: Quranda təhrif və ya nöqsana yol 
verildiyinə dair nəql olunmuş bütün hədis və rəvayətləri diqqətlə 
araşdırmalı, əsassız olduğu isbat olduqda, dərhal kənara qoyulmalı 
və mötəbər sənəd kimi istinad olunmamalıdır. Çünki, bu kimi 
rəvayətlər Quran ayələri və Peyğəmbər (s) tərəfindən nəql olunmuş 
hədislərlə, müsəlman icmasının etiqadı, əqidəsilə tamamilə 
ziddiyyət təşkil edir. 
Müəllif:
Mərhum Kurki bir qədər əvvəl, bizim haqqında söhbət 
açdığımız mətləbə toxunmuş və bu rəvayətləri Quran, hədis və 
icma ilə tətbiq olunmasına işarə etmişdir. Belə ki, bu üç mənbə ilə 
ziddiyyət təşkil edən bütün rəvayətlərin əsassız və qeyri-mötəbər 
olduğunu bildirmişdir. 
Şeyx Səduq, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: 
«Şübhə doğuran bir məsələ ilə qarşılaşdıqda, onu tezliklə həll edib, 
çətinliklərlə qarşılaşmamaq əvəzinə bir qədər səbr edib, təmkinli 
olmanız daha məqsədə uyğun olar. Çünki, hər bir həqiqətin öz 
meyar və şahidi, hər bir düz işin isə işıqlı gələcəyi vardır. Quran da 
həqiqət meyarıdır. Belə isə görünən hər bir işi və söylənilən hər bir 
sözü Quranla müqayisə edin. Onunla müvafiq olduqda qəbul edin, 
əks təqdirdə onu tərk etməyə çalışın.» 
(Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh). 
2. Qutb Ravəndi, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: 
«Bir-biri ilə zidd olan iki müxtəlif hədislə qarşılaşdıqda, onları 
Quranla müqayisə və tətbiq edin. Quranla müvafiq olanı qəbul, 
digərini isə rədd edin.» 
(Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh). 


225 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin