MüƏLLİFDƏN


 TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə142/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   138   139   140   141   142   143   144   145   ...   182
EL-BEYAN 1 Cİ CİLD

3. TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR 
Üçüncü dəlil: 
İrad:
Təhrif nəzəriyyəsinin tərəfdarları deyirlər: Quranın təhrif 
olunmasına dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət 


217 
nəql olmuşdur və biz bu rəvayətlərə istinad edərək qətiyyətlə deyə 
bilərik ki, Quran təhrifə məruz qalaraq öz orjinallığını itirmişdir. 
Cavab: 
Əvvəla bu məzmunda nəql olunmuş hədis və 
rəvayətlərdə təhrif kəlməsi ilə qarşılaşdıqda, heç də Quranın təhrif 
olunduğunu nəzərdə tutmaq lazım deyildir. Digər tərəfdən isə bu 
rəvayətlərin sənəd baxımından heç bir etibarı yoxdur. Çünki, bu 
rəvayətlərin əksəriyyəti Əhməd ibni Məhəmməd Səyyarinin və Əli 
ibni Əhməd Kufinin təlif etdikləri kitablarda nəql olunmuşdur. Bir 
halda ki, onlar Rical alimləri tərəfindən istinad olunası bir mənbə 
kimi qətiyyətlə rədd olunmuşlar. Lakin bu məzmunda nəql 
olunmuş və istinad olunası bir neçə mötəbər rəvayətlər də vardır. 
Bu səbəbdən də biz bu hədislərin araşdırılmasından daha çox, 
onların necə dəlalət etmələrinə diqqət yetiririk. Və belə bir nəticəyə 
gəlirik ki, rəvayətlər məna və dəlalət baxımından dörd hissəyə 
bölünürlər. Onların mətnini nəzərdən keçirdikdən sonra Quranın 
təhrifinə dəlalət edib-etməmələri haqda ətraflı söhbət açacağıq. 
1. Birinci hissə: 
«Təhrif» kəlməsi istifadə olunan və burada məhz Quranın 
nəzərdə tutulduğuna dair nəql olunmuş rəvayətlərin sayı otuzdan 
artıq deyildir. 
Onlardan bir neçəsini misal olaraq sizlərə təqdim edirik: 
1. Əli ibni İbrahim Qumi özü Əbuzərə istinad edərək nəql etdiyi 
rəvayətlərdən birində deyir: «Bəzilərinin üzləri ağ, bəzilərinin üzləri 
isə qara olacağı gündə...» ayəsi nazil olarkən, Peyğəmbər (s) 
buyurdu: Qiyamət günü mənim davamçılarım yanıma beş 
[müxtəlif] bayraq və əlamətlərlə daxil olacaqlar. Sonra mən 
onlardan Səqəleyn – yəni Quran və Əhli-beyt – ilə necə rəftar 
etdiklərini soruşacağam. 
Onlardan bir qismi deyərlər: Sənin bizə qoyduğun böyük 
əmanəti [Quranı] təhrif və sonra hissə-hissə etdik. Orada verilən 
hökmlərdən boyun qaçıraraq ona qarşı müxalif mövqe tuturduq. 
Kiçik əmanətinlə (Əhli-beyt) isə daim düşmənçilik edir, hətta onlara 
qarşı zülm və müharibə belə edirdik. 
2. Seyid ibni Tavus və Muhəddis Cəzairi, Həsən ibni Həsən 
Samiriyə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Günlərin bir 


218 
günündə Huzəyfəyə, ilahi qanunlara tabe olmayan şəxslər haqda 
bu sözləri dedi: Onlar camaatı haqq yoldan azdırar, Quranı və 
mənim sünnətimi əvəz etmək istərlər. 
3. Səd ibni Abdulla Qumi, Cabir Cofiyə istinad edərək və o da 
imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: «Peyğəmbər (s) 
Minada
*
olarkən dua etdi, sonra üzünü camaata tutub buyurdu: Ey 
camaat, mən sizin arazınzda iki ağır əmanət qoyuram. Agah olun 
ki, əgər onlara sığınarsınızsa heç vaxt haqq yoldan azmayacaqsınız. 
Bu iki əmanət Allahın kitabı [Quran] və Əhli-beytimdir və onlarla 
yanaşı Allahın evi Kəbəyə də ehtiramla yanaşmalısınız». 
İmam Baqir (ə) hədisi nəql etdikdən sonra buyurdu: Lakin 
camaat Allahın kitabını təhrif etmiş, Əhli-beyti qətlə yetirmiş, 
Allahın evi olan Kəbəyə qarşı böyük hörmətsizliklər etmişlər. Onlar 
ilahi hökmlərə qarşı çıxır və ona tabe olmaqdan boyun qaçırırdılar. 
4. Şeyx Səduq özünün «Xisal» adlı kitabında Cabirə istinad 
edərək və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: 
Qiyamət günü Allahın ədalət məhkəməsinə üç şey daxil olub 
camaatdan şikayət edəcək. Onlar Quran, məscid və mənim Əhli-
beytimdir. Quran deyəcək: İlahi! Camaat məni təhrif edib əzəmət və 
müqəddəsliyimi aradan apardı. Məscid deyəcək: İlahi! Camaat 
məndən üz döndərib lazımınca bəhrələnmədi. Əhli-beytim deyəcək: 
İlahi! Camaat bizi qətlə yetirir, yerimizdən, yurdumuzdan didərgin 
salırdı... 
5. Koleyni (Üsuli Kafidə) və şeyx Səduq Əli ibni Suveydə istinad 
edərək nəql etdiyi hədisdə deyir: Həzrət Əbul Həsən Musa ibni 
Cəfər (ə) zindanda olarkən bir məktub yazdım. O da məktubun 
cavabında yazdı: Camaat Allahın kitabını əmanət olaraq qəbul etdi, 
lakin sonra xəyanət edərək onu təhrif etdilər. 
6. İbni Şəhr Aşub, Abdullaha istinad edərək nəql etdiyi hədisdə 
deyir: Həzrət imam Hüseyn (ə) Aşura günü xütbə oxudu. Orada 
deyilirdi: Siz Allahın hökmündən çıxan inadkar və haqdan uzaq 
düşmüş bir camaatsınız. Qurandan üz çevirib, Şeytandan ilham 
alırsınız. Sizlər günahlarınızla fəxr edər, Allahın kitabını təhrif 
edərsiniz. 


219 
7. İbni Qəuluyyə özünün «Kamizziyarat» adlı kitabında Həsən 
ibni Ətliyyəyə istinad edərək imam Sadiqdən (ə) nəql etdiyi hədisdə 
deyir: «Hair Hüseyninin» yanına gedərkən bu duanı oxu: İlahi! 
Peyğəmbərlərini təkzib edən kəslərə lənət et. 
8. Həcal Qutbə ibni Məymundan o da Abdul Əladan nəql etdiyi 
hədisdə deyir: İmam Sadiq (ə) buyurur: Ərəb dilinin təəssübkeşləri 
(yəni onu digər dillərdən üstün tutan kəslər) Quranı təhrif edərlər. 
Cavab: 
Rəvayətlərdə «təhrif» deyildikdə, heç də Quranın sözün 
əsl mənasında təhrif olunduğu nəzərdə tutulmayır və bunun bir 
qədər əvvəl haqqında söhbət açdığımız «təhrif nəzəriyyəsi» ilə heç 
bir əlaqəsi yoxdur. Rəvayətlərdə «təhrif» deyildikdə ya qarilərin 
qiraətində olan ixtilaflar, – belə ki, bu da təhrifin bir növü hesab 
olunur – ya bəzi müfəssirlərin Əhli-beytə qarşı qərəzli mövqe 
tutaraq bəzi ayələrə verdikləri yanlış təfsirlər, ya da şəriət 
məsələlərinin bilərəkdən dəyişdirilməsi nəzərdə tutulur. İmam 
Baqir (ə) bu mətləbə işarə edərək buyurur: Camaat Allahın kitabını 
təhrif etmiş və onu istədikləri kimi mənalandırmışlar... 
Bir qədər əvvəl qeyd etdik ki, tarixdə bu kimi təhriflərə dəfələrlə 
yol verilmiş və bunun nəticəsində müsəlman ümməti arasında 
nəzərə çarpacaq qədər ixtilaf və ikitirəlik yaranmışdır. Əgər bu 
təhriflərə yol verilməsəydi nə Peyğəmbər (s) mənəvi sarsıntı keçirər, 
nə də Əhli-beyt öz haqqından məhrum olardı. Lakin bir daha diqqət 
yetirmək lazımdır ki, yuxarıda haqqında söhbət açılan «təhrif 
üsulları»nın nəzərdə tutduğumuz mövzu ilə heç bir əlaqəsi yoxdur. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin