219
7. İbni Qəuluyyə özünün «Kamizziyarat» adlı kitabında Həsən
ibni Ətliyyəyə istinad edərək imam Sadiqdən (ə) nəql etdiyi hədisdə
deyir: «Hair Hüseyninin» yanına gedərkən bu duanı oxu: İlahi!
Peyğəmbərlərini təkzib edən kəslərə lənət et.
8. Həcal Qutbə ibni Məymundan o da Abdul Əladan nəql etdiyi
hədisdə deyir: İmam Sadiq (ə) buyurur: Ərəb dilinin təəssübkeşləri
(yəni onu digər dillərdən üstün tutan kəslər) Quranı təhrif edərlər.
Cavab:
Rəvayətlərdə «təhrif» deyildikdə, heç də Quranın sözün
əsl mənasında təhrif olunduğu nəzərdə tutulmayır və bunun bir
qədər əvvəl haqqında söhbət açdığımız «təhrif nəzəriyyəsi» ilə heç
bir əlaqəsi yoxdur. Rəvayətlərdə «təhrif» deyildikdə ya qarilərin
qiraətində olan ixtilaflar, – belə ki, bu da təhrifin bir növü hesab
olunur – ya bəzi müfəssirlərin Əhli-beytə qarşı qərəzli mövqe
tutaraq bəzi ayələrə verdikləri yanlış təfsirlər, ya da şəriət
məsələlərinin bilərəkdən dəyişdirilməsi nəzərdə tutulur. İmam
Baqir (ə) bu mətləbə işarə edərək buyurur: Camaat Allahın kitabını
təhrif etmiş və onu istədikləri kimi mənalandırmışlar...
Bir qədər əvvəl qeyd etdik ki, tarixdə bu kimi təhriflərə dəfələrlə
yol verilmiş və bunun nəticəsində müsəlman ümməti arasında
nəzərə çarpacaq qədər ixtilaf və ikitirəlik yaranmışdır. Əgər bu
təhriflərə yol verilməsəydi nə Peyğəmbər (s) mənəvi sarsıntı keçirər,
nə də Əhli-beyt öz haqqından məhrum olardı. Lakin bir daha diqqət
yetirmək lazımdır ki, yuxarıda haqqında söhbət açılan «təhrif
üsulları»nın nəzərdə tutduğumuz mövzu ilə heç bir əlaqəsi yoxdur.
Dostları ilə paylaş: