214
Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub
buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə)
əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə)
dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et!
Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş
ümmətlərin yolunu gedirsiniz.
(Səhih Termizi 6-cı cild, 29-cu səh).
Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki,
müsəlman ümmətinin başına gələnlər, keçmiş ümmətlərin başına
gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir.
4. Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət
olduğu sübuta yetsə belə, yenə də Quranın təhrif olunuduğunu
qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə məruz qalarsa, təkrara
yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman
göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin
mümkünlüyünə işarə olunmuşdur.
Bütün bunları nəzərə alaraq Quranın, Peyğəmbərin (s) və ya
ondan sonra dörd xəlifənin dövründə təhrifə məruz qaldığına necə
iddia etmək olar?!
Dostları ilə paylaş: