MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə139/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   135   136   137   138   139   140   141   142   ...   182
EL-BEYAN 1 Cİ CİLD

TƏHRİFƏ DAİR DƏLİLLƏR 
Təhrif nəzəriyyəsinin tərəfdarları Quranın təhrif olnumasına dair 
bir neçə əsassız dəlilə istinad etmişlər. Və biz onlardan bir neçəsini 
siz əziz oxuculara təqdim edirik. 
1. Tövrat və İncilin təhrif olunması:
Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin 
qarşılaşdıqları çətinliklərlə müsəlman ümməti də qarşılaşacaqdır. 
Yəni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq biz bunu 
Quranda da görəcəyik. 
Mərhum şeyx Səduq özünün «Kamaluddin» adlı kitabında Qiyas 
ibni İbrahimdən, o da imam Sadiqdən (ə) nəql edərək deyir: 
«Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi 
müsəlman ümmətinin də başına gələcəkdir
.
»
(Biharul-ənvar 4-cü cild, 8-
ci səh). 
Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu 
kimi təhriflər Qurana da yol tapa bilmişdir. 
Cavab: 
Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar. 
1. Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin 
istinad etdiyi dörd mötəbər hədis kitablarının heç birində mütəvatir 


213 
olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da, vahid xəbər 
formasında nəql olunmuşdur. 
Demək, bu kimi rəvayətlərə istinad etməklə Quranın, Tövrat və 
İncil kimi təhrifə məruz qaldığını qəbul etmək olmaz. 
2. Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qurana əlavələr 
olunduğu da qəbul edilməlidir. Çünki, Tövrat və İncilə istənilən 
əlavələr olunmuşdur. Bir haldakı, Qurana əlavələr olunmasına dair 
irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox 
dərəcəsindədir. 
3. O ki qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların 
bir çoxu ilə müsəlman ümməti heç də qarşılaşmamışdır. Məsələn, 
İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova 
pərəstiş etmələri, Firon və onun adamlarının qərq olmaları, 
Süleyman peyğəmbərin insanlar və cinlər üzərindəki səltənəti, 
İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun 
onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz 
möcüzə, İsanın (ə) atası olmadan dünyaya gəlməsi, bir çox keçmiş 
ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza və 
s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Bir halda ki, 
müsəlman ümməti bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi 
fərqli xüsusiyyətlər bu məzmunda hədis və rəvayətlərin əsassız 
oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar 
müsəlman ümmətinin gələcəkdə məhz bu hadisələrlə deyil, onlara 
oxşar hadisələrlə qarşılaşacaqlarına işarə etmək istəmişlər. 
Buna əsasən müsəlmanlar, Quranın batini mənaları ilə ziddiyyət 
təşkil edən zahiri mənalara istinad etməklə təhrifə yol vermiş 
olurlar. 
Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən 
nəql olunmuş tamamilə əsassız olan bu rəvayəti təsdiq etmiş 
oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi 
zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. 
Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından 
asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi 
Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə 
olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat təyin et. 


214 
Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub 
buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) 
əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) 
dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et! 
Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş 
ümmətlərin yolunu gedirsiniz. 
(Səhih Termizi 6-cı cild, 29-cu səh).
Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, 
müsəlman ümmətinin başına gələnlər, keçmiş ümmətlərin başına 
gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir. 
4. Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət 
olduğu sübuta yetsə belə, yenə də Quranın təhrif olunuduğunu 
qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə məruz qalarsa, təkrara 
yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman 
göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin 
mümkünlüyünə işarə olunmuşdur. 
Bütün bunları nəzərə alaraq Quranın, Peyğəmbərin (s) və ya 
ondan sonra dörd xəlifənin dövründə təhrifə məruz qaldığına necə 
iddia etmək olar?! 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin