«Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq»
ayəsini
oxudu və sonra tez bir zamanda Quranın bir yerə yığılmasını əmr
230
etdi. Beləliklə deyə bilərik ki, Ömər, Quranı vahid nüsxə halına
salan ilk şəxs olmuşdur.
8. Yəhya ibni Əbdürrəhman ibni Xəttab nəql etdiyi rəvayətdə
deyir: Ömər ibni Xəttab, Quranın bir yerə yığılması qərarına
gəldikdə, minbərə qalxıb dedi: Peyğəmbərdən (s) kim nə öyrənibsə,
yazılı şəkildə onları bizə təhvil versin. Kimdə nə vardısa gətirib onu
xəlifəyə təhvil verdi. Lakin, Ömər o yazıları qəbul edirdi ki, iki
nəfər mötəbər şəxs onun Quran ayələri olduğuna şəhadət vermiş
olsun. Xəlifə, Quranın yığıldığı ərəfədə qətlə yetirildi. Ondan sonra
xilafətə Osman təyin olundu. O da Ömərin başladığı işi davam
etdirdi və yalnız o səhifələri qəbul edirdi ki, iki nəfər mötəbər, adil
şəxs yazılının həqiqətən Quran olduğuna şəhadət vermiş olsun.
Xəzimə ibni Sabit xəlifənin yanına gəlib deyir: Ayələrdən ikisi
Qurana daxil edilməmişdir. Ondan bu ayələrin hansılar olduğunu
soruşduqda, Tövbə surəsinin son ayələrini oxudu:
«[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə,
məşəqqətə düşməyiniz ona ağırdır...»
Xəzimə bu ayələri oxuduqdan
sonra Osman dedi: Mən şəhadət verirəm ki, bu iki ayə həqiqətən
Allah tərəfindən nazil olmuşdur. Siz nə məsləhət görürsünüz, bu
ayələri Quranın hansı surəsinə əlavə edək? Xəzimə dedi: Bu ayələri
Peyğəmbərə (s) nazil olmuş son surələrə əlavə edin! Beləliklə bu iki
ayə Tövbə surəsinə əlavə edildi və onun son iki ayəsi kimi qəbul
olundu.
9. Ubeydə ibni Uməyr deyir: Ömər iki nəfərin şəhadəti olmadan
heç bir yazılını Qurana əlavə etmirdi. Ənsardan biri
«sizə özünüzdən
bir peyğəmbər gəldi...»
ayəsini Ömərə təqdim etdi. Ömər dedi:
Peyğəmbərin (s) əxlaqı həqiqətən bu ayələrdə bəyan olunduğu
üçün, səndən şahid istəmirəm.
(Bütün bu rəvayətlər Kənzul-ummalda nəql
olunmuşdur. 2-ci cild, 361-ci səh).
10. Süleyman ibni Ərqəm Həsəndən, İbni Seyrəyndən və İbni
Şəhab Zəhradan nəql edərək deyir: Yəmamə döyüşündə qarilərin
böyük bir hissəsi həlak oldu. Daha dəqiq desək, onlardan dörd yüz
nəfəri amansızcasına qətlə yetirildi. Zeyd ibni Sabit, Ömərlə
görüşdükdə ona deyir: Qanun olaraq Allah tərəfindən təyin
olunmuş şəri məsələlər bütünlüklə Quranda bəyan edilmişdir.
231
Quran aradan getməklə bu hökmlər də unudulub zehnlərdən
silinəcəkdir. Belə bir qərara gəlmişəm ki, ayələri bir yerə yığıb,
Quranı kitab halına salım. Ömər dedi: Bir qədər səbr et! Bu barədə
Əbu Bəkr ilə məşvərət etməliyəm!
Onlar Əbu Bəkrin yanına gedib bu barədə onunla ətraflı söhbət
edirlər. Əbu Bəkr onları dinlədikdən sonra deyir: Bir qədər səbr
edin, görək camaat bu barədə nə deyir. Məscidə gəlib hamının
qarşısında xütbə oxudu və onları bu məsələdən agah etdi. Hamı bir
nəfər kimi bu işi bəyənib öz razılıqlarını bildirdilər. Carçı, bütün
yazılı nüsxələrin xilafətə təhvil verilməsini elan etdi və Quran bir
yerə yığılaraq kitab halına salındı...
11. Xəzimət ibni Sabit nəql etdiyi rəvayətdə deyir:
«Sizə
özünüzdən bir peyğəmbər gəldi...»
ayəsini Ömər və Zeyd ibni Sabitə
təhvil verdikdə, Zeyd dedi: Özündən başqa bunların həqiqətən
Quran ayəsi olduğuna şəhadət verəcək bir kəs varmı? Dedim: And
olsun Allaha ki, bilmirəm. Ömər dedi: Mən bunların Quran ayələri
olduğuna şəhadət verirəm.
12. Əbu İshaq, səhabələrdən bəzilərindən nəql edərək deyir:
Ömər ibni Xəttab Quranı bir yerə yığmaq istəyirdi. Camaatı
məscidə yığıb onlardan soruşdu: Ərəb dilinin yazı qanunlarının
(kəlmələrin yazılış formasına) ən biliklisi kimdir? Dedilər: Səid ibni
As. Sonra bir daha soruşdu: Ən gözəl xəttə malik olan kimdir?
Dedilər: Zeyd ibni Sabit. Ömər deyir: Belə isə Səid imla etməli, Zeyd
isə onu kağız üzərinə köçürməlidir. Beləliklə dörd nüsxə köçürülür.
Ömər onlardan birini Kufəyə, birini Bəsrəyə, birini Hicaza, birini isə
Şama göndərir.
13. Abdulla ibni Fəzalə nəql etdiyi rəvayətdə deyir: Ömər
Quranın əsl nüsxədən köçürülməsi qərarına gəldikdə, öz
səhabələrindən bir neçəsinə bu işə başlamalarını əmr etdi. Xəlifə
təkidlə onlara deyərdi: Hər hansı bir ayənin yazılışında ixtilaf
meydana gələrsə, Muzər qəbiləsinin tələffüzünə müraciət edin.
Çünki, Quran Muzər qəbiləsində olan bir şəxsə [Peyğəmbərə (s)]
nazil olmuşdur.
14. Əbu Qulabə deyir: Ömər özünün xilafəti dövründə Quran
qarilərindən bir neçəsinə yerli əhaliyə Quranı təlim etməyi əmr etdi.
232
Onlar ətraf məntəqələrə gedib müəllimlik edir, Quranın qiraət
üsullarını onlara təlim verirdilər. Cavan və yeniyetmələr arasında
Quran oxuya bilənlərin sayı birə-on artsa da, onların qiraətində
nəzərə çarpacaq qədər ixtilaflar müşahidə olunurdu. Müəllimlər
şagirdlərinin qiraətlərində yaranmış ixtilafları eşitdikdə onlarla çox
ağır rəftar edir, hətta onları kafir olmaqda ittiham edirdilər. Xəbər
Osmana çatdıqda xütbələrinin birində deyir: Mərkəzi xilafətə yaxın
olmaqla yanaşı, əgər sizlərin qiraətlərinizdə ixtilaf olarsa, sözsüz
ətraf məntəqələrdə yaşayan və əsli ərəb olmayan müsəlmanların
qiraətində ixtilaf daha çox olmalıdır. Belə isə Quranı bir yerə yazıb
kitab halına salaq. Ona müraciət etməklə həm sizin, həm də
başqalarının ixtilaflarına son qoya bilərik.
Əbu Qulabə, Malik ibni Ənəsdən nəql edərək deyir: Mən Quranı
imla edənlərdən biri idim. Bəzən ayələrin bəzilərində ixtilaf
meydana gəlirdi. Belə olduqda biz, bu ayələri Peyğəmbərin (s)
özündən eşidən (və ya öyrənən) kəslərə müraciət edərdik. Bəzən
onların özlərini tapmaq çətin olurdu. Osman onların ardınca ya
adam göndərir ya da onlarla ünsiyyətdə olan şəxslərlə əlaqə
saxlayırdı. Bu müddət ərzində həmən ayələrin yerlərini boş qoyur,
ondan əvvəlki və sonrakı ayələri yazırdıq. Nəhayət nüsxələrin
köçürülməsi başa çatdırıldı. Xəlifə ətraf məntəqələrə bu məzmunda
bir neçə məktub yazdı: Yeni yazılmış nüsxəni özümdə saxlayıb,
digər nüsxələri yandırdım. Siz də göndərdiyim nüsxədən başqa
bütün nüsxələri yığıb yandırın.
15. Məsəb ibni Səd nəql etdiyi rəvayətdə deyir: Günlərin bir
günündə Ömər, xütbələrinin birində belə bir mətləbə toxundu:
Peyğəmbərin (s) vəfatından cəmi on üç il keçib. Sizlər isə Quranın
oxunuşunda bir-birinizlə mübahisə edir və deyirsiniz ki, Ubəyin
qiraəti belə, Abdullanın qiraəti isə tam başqa bir tərzdədir. Biriniz
digərinizi qiraətin oxunuşunda ittiham edir, lakin heç cür razılığa
gələ bilmirsiniz. Sizi and verirəm Allaha! Bu ixtilafları kənara
qoyub, evlərinizdə pərakəndə saxladığınız yazıları gətirin ki, onları
bir yerə yığıb kitab halına salaq.
Bir neçə gündən sonra evlərdə saxlanılan dəri və kağız üzərinə
yazılmış yüzlərlə Quran ayələri xəlifəyə təhvil verildi. Xəlifə onları
233
bir-bir çağırıb gətirdiyi nüsxələri şəxsən Peyğəmbərin (s) özündən
eşidib yazdıqlarına and içdirirdi. Onlar da bir nəfər kimi nüsxələrin
həqiqətən Quran ayələri olduqlarına and içir və Osmanın verdiyi
suallara «bəli» - deyərək cavab verirdilər.
Sorğu-sual başa çatdıqdan sonra, Osman onlardan soruşdu:
Hansınız gözəl xəttə maliksiniz? Dedilər: Zeyd ibni Sabit. O,
Peyğəmbərin (s) ən yaxın dostlarından biri və onun katibi
olmuşdur. Sonra onlardan soruşdu: Ərəb dilinin yazılış qanunlarına
necə, ən bilikli şəxs kimdir? Dedilər: Səid ibni As. Osman Səidə imla
etməyi, Zeydə isə ondan eşitdiklərini kağız üzərinə köçürməyi əmr
etdi. Zeyd bir neçə nüsxə köçürüb onu camaata payladı.
Məsəb ibni Səd əlavə edərək deyir: Səhabələrdən bir çoxu
xəlifənin həyata keçirdiyi bu işi bəyənib, ona öz razılıqlarını
bildirdilər.
16. Abdul Əla ibni Abdulla ibni Amir Qərşi nəql etdiyi rəvayətdə
deyir: Quranın yazılması başa çatdıqdan sonra, Osmana təhvil
verildi. O, Qurana baxıb dedi: Olduqca xeyirli və lazımlı iş
gördünüz. Lakin mən burada bir neçə kiçik səhvlər görürəm, zaman
keçdikcə ərəb milləti qiraət etməklə özü onları düzəldəcək.
17. Əbu Məlih deyir: Osman ibni Ofvan Quranın yazılması
qərarına gəldikdə dedi: Ayələri Huzəyl qəbiləsi imla etməli, Səqif
qəbiləsi isə onu kağız üzərinə köçürməlidir.
18. Əkrəmə deyir: Quran yazıldıqdan sonra Osmana təqdim
olundu. Xəlifə orada bir neçə səhv gördükdə deyir. Əgər Quranı
Huzeyl qəbiləsi imla və Səqif qəbiləsi onu kağız üzərinə köçürsəydi,
bu səhvlərə yol verilməzdi.
19. Əta deyir: Osman Quranın pərakəndə ayələrini aradan
aparmaq istədiyi zaman, Ubey ibni Kəbi yanına çağırıb lazımı
göstərişlər verdi. Ubey ayələri imla edir, Zeyd isə onları kağız
üzərinə köçürürdü. Səid ibni As da yazdıqlarına nəzarət edir,
buraxdıqları səhvləri düzəldirdi. Beləliklə yeni nüsxə Ubey və
Zeydin vasitəsi ilə yazıldı.
20. Mucahid nəql edərək deyir: Osman Quranı bir yerə yığmaq
istədiyi zaman, Ubeyə imla, Zeydə yazmağı, Səid ibni Asa isə
buraxılan səhvləri düzəltməyi əmr etdi.
234
21. Zeyd ibni Sabit deyir: Yığılmış nüsxələri köçürdüyüm zaman,
Peyğəmbərdən (s) eşitdiyim ayələrdən birini nüsxələrdən heç
birində tapa bilmədim. Nəhayət mən onu Xəzimət ibni Sabit adlı
şəxsdən əldə edə bildim. Həmən ayə bu idi:
Dostları ilə paylaş: |