226
QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ
RƏVAYƏTLƏR
QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ
RƏVAYƏTLƏRDƏN EDİLƏN SUİ-İSTİFADƏLƏR
Ötən fəsillərdə «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının Quranın
təhrif olunmasına dair irəli sürdükləri nəzəriyyə və dəlillərə işarə
edib, onlara ayrı-ayrılıqda qənaətbəxş cavablar verildi. Bu fəsldə də
onların istinad etdikləri dördüncü dəlilə işarə edib onlara lazımı
cavablar verəcəyik.
Quranın yığılması «təhrif nəzəriyyəsi» tərəfdarlarının daim
diqqət mərkəzində olmuş və ondan sui-istifadə etmək istəmişlər.
İstinad etdikləri dəlillərin birində deyilir: Quranın yığılması
adətən təhrifə yol verilməklə həyata keçmişdir. Bu səbəbdən də biz,
Quranın təhrif olunduğunu tərəddüd etmədən qəbul etməliyik.
Cavab:
Onlar belə güman edirlər ki, Quran Əbu Bəkrin fərmanı
ilə yığılmışdır. Belə ki, «Bir Məunə» döyüşündə Quran hafizlərinin
yetmiş, Yəmamə döyüşündə isə dörd yüz nəfərinin həlak olması
Əbu Bəkri təşvişə saldı. O, qorxur ki, əgər baş verən hadisələr bu
minvalla davam edərsə, hafizlər son
nəfərə kimi həlak olacaq və
nəticədə Quran aradan gedəcəkdir. Bu səbəbdən də Quranın vahid
nüsxə halına salınması üçün Ömər və Zeyd ibni Sabitə pərakəndə
olaraq yayılmış ayələri iki nəfərin şahidliyi ilə yığılmasını əmr edir.
Demək nəticədə, ya Quran təhrif olunmuş və ya heç olmasa təhrif
olunuduğuna ehtimal vermək olar. Məsələn, bir və ya bir neçə
şairin pərakəndə olaraq yayılmış şerlərini vahid şer toplusu halına
salmaq
istəyiriksə, unutqanlıq, çatışmamazlıq və ya müxtəlif
səbəblər üzündən heç olmasa onlardan bir neçəsini bu topluya daxil
edə bilməyəcəyimizə ehtimal verməliyik.
Belə bir əsassız dəlilə istinad edərək, Quranın təhrif olunduğunu
qəbul edirlər. Bu səbəbdən də cavab olaraq, Quranın yığılmasına
dair nəql olunmuş mötəbər rəvayətlərə istinad edərək bu
227
nəzəriyyənin əsassız olduğunu, Quran
elmləri məcmuəsində yeni
fəsil açmaqla isbat etmək istəyirik. İndi isə bu məzmunda nəql
olunmuş rəvayətlərə diqqət yetirin.
1. Zeyd ibni Sabit nəql etdiyi rəvayətdə deyir: Yəmamə döyüşü
zamanı Əbu Bəkr məni yanına çağırdı. Onun xeyməsinə girdikdə
Ömər ibni Xəttabın da orada olduğunu gördüm. Məni görcək dedi:
Zeyd! Ömər deyir ki, döyüş qanlı-qadalı
keçdiyi üçün Quran
hafizlərinin bir çoxu həlak olmuş və onların sayı nəzərə çarpacaq
qədər azalmışdır. Qorxuram ki, ağır döyüşlər baş versin və Quran
hafizlərinin bu döyüşlərdə bütünlüklə həlak olması, Quran
ayələrinin bir çoxunun unudularaq
aradan getməsinə gətirib
çıxarsın. Bu səbəbdən də belə bir qərara gəlmişik ki, pərakəndə
Quran ayələrini bir yerə yığıb vahid nüsxə halına salaq.
[Əbu Bəkr deyir:] Ömərə dedim: Peyğəmbərin (s) görmədiyi bir
işi məndən tələb edirsən?!
Ömər dedi: And olsun Allaha! Görə biləcəyimiz ən xeyirli iş
varsa, o da budur. O, özü bunu dəfələrlə təklif etmişdir. Nəhayət,
Allah qəlbimi öz nuru ilə işıqlandırdı və onun təklifini qəbul etdim.
Zeyd deyir: Sonra Əbu Bəkr mənə dedi: Sən cavanlığından öz
ağıl və dərrakənlə hamıdan fərqlənir, sədaqətinlə hamının
etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında
nazil
olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər və
Quranla yaxın ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda
məsuliyyətli işi öz üzərinə götür.
Zeyd sözlərinə əlavə edərək deyir: And olsun Allaha! Əgər Əbu
Bəkr dağı qazıb başqa yerə daşınmasını əmr etsəydi, bu mənim
üçün Quranı bir yerə yığmaqdan asan olardı. Bu səbəbdən də Əbu
Bəkrin, Ömərə dediyini təkrar etdim. Peyğəmbərin (s) görmədiyi
bir işi necə yerinə yetirə bilərsiniz? Əbu Bəkr dedi:
And olsun
Allaha! Müsəlmanlar yalnız buna ehtiyac duyurlar. Bu səbəbdən də
Quranın yığılmasını təkidlə mənə əmr edir və mümkün qədər bu
işə tez başlamağımı istəyirlər. Nəhayət özümün bu işə hazır
olduğumu hiss etdim, pərakəndə olan ayələri kağız üzərindən və
hafizlərin yaddaşlarından bir yerə yığıb vahid nüsxə halına saldım.
Tapılması bir qədər çətin olan, Tövbə surəsinin son ayələri idi
Dostları ilə paylaş: