MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə154/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   150   151   152   153   154   155   156   157   ...   182
EL-BEYAN 1 Cİ CİLD

İRAD VƏ CAVAB 
Deyə bilərik ki, Quranın yığılması deyildikdə, onun kitab halına 
salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur. 
Lakin, bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona 
görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. 
Digər tərəfdən isə, əgər Quranın yığılması deyildikdə, onun hifz 
olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək 
düzgün olardımı? Bir halda ki, Peyğəmbərin (s) zamanında Quran 
hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. 
Demək, Quranın yığılması deyildikdə onun hifz olunması deyil, 
kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. 


242 
Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər 
saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Quran 
hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı 
heç də az olmamışdır. O ki qaldı Buxarinin və Malik ibni Ənəsin 
nəql etdikləri rəvayətlərdə onların sayının dörd nəfərdən ibarət 
olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə 
görə tamamilə əsassız hesab edə bilərik. 
Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə 
onların sayının dörddən çox olduğu göstərilir. Digər tərəfdən isə 
ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Quranı yığan 
şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğunu təkid edir? 
Müsəlmanların ətraf məntəqələrə yayıldığı və Quran hafizlərinin 
sayının on mindən artıq olduğu bir vaxtda, Quranı yığan şəxslərin 
sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? 
Əlbəttə xeyir! Belə bir fərziyyə, həqiqətdən çox təxmini 
hesablamalara bənzəyir. 
NƏTİCƏ 
Quranın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu 
kimi bir çox rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin 
xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul 
etmək nə dərəcədə düzgün olardı? 
Bir anlıq fərz edək ki, elə doğrudan da Quran Əbu Bəkrin xilafəti 
dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə 
üçün Əbu Bəkr Quranın yığılmasını, o zaman hələ sağ olan və 
Peyğəmbər (s) tərəfindən Quranın tədrisinə təyin olunan Abdulla 
ibni Məsuda, Muasa, Ubey ibni Kəbə və Salimə deyil, məhz Zeyd 
ibni Sabitə və Ömərə həvalə etmişdir. O ki qaldı Yəmamə 
döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş 
Quranın kitab halına salınmasından sonra baş vermiş və döyüşdə 
hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün bunlarla yanaşı, 
bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) 
katiblərindən biri olmuş və Quranla yaxından ünsiyyətdə 
olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində tərifli 
sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı 


243 
olaraq mötəbər hesab olunan Səqələyn hədisi bir daha bu həqiqəti 
sübuta yetirir ki, Quran Peyğəmbərin (s) sağlığında yığılmış və 
kitab halına salınmışdır. 


244 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin