166
isə iki səbkidə oxu! Mən səbkilərin sayı yeddiyə çatana qədər ondan
xahiş etdim. Sonra dedi: Bu səbkilər artıq kifayət edər. Lakin diqqət
yetirmək lazımdır ki, əzab ayələri məna baxımından rəhmət
(bağışlama) və rəhmət ayələri əzab ayələrinə çevrilməsin.»
5. Təbəri, Əhməd ibni Mənsurdan, o da Abdullah ibni Təlhədən,
o da atasından nəql edərək deyir: «Günlərin
bir günündə bir şəxs
Ömər ibni Xəttabın qarşısında Quran oxuyur. Ömər bu qiraətə qane
olmayıb ona etiraz edir. Həmən şəxs deyir: Peyğəmbər (s) mənim
qiraətimi dinləmiş və düzgünlüyünü təsdiq etmişdir.
Ömər bu
sözlərə də inanmayıb onu Peyğəmbərin (s) yanına aparır. Həmən
şəxs dedi: Ya Rəsuləllah!
Məgər mən hüzurunuzda Quran
oxuduqdan
sonra
siz
qiraətimin
düzgünlüyünü
təsdiq
etmədinizmi? Peyğəmbər (s) buyurdu:
«Bəli!»
Ömər bu əhvalatdan
çox narahat olur. Belə ki, Peyğəmbər (s) onun narahatlığını hiss edir
və əlini sinəsinə qoyub üç dəfə bu sözləri təkrar etdi
Dostları ilə paylaş: