MüƏLLİFDƏN


YEDDİ QİRAƏT ÜSLUBLARININ HƏR BİRİ İLƏ NAMAZ



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə103/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   99   100   101   102   103   104   105   106   ...   182
EL-BEYAN 1 Cİ CİLD

YEDDİ QİRAƏT ÜSLUBLARININ HƏR BİRİ İLƏ NAMAZ 
QILMAQ OLARMI? 
İstər sünnü, istərsə də şiə alimlərinin bir çoxu yeddi qiraət 
üslubu ilə, bəziləri isə mövcud olan on və ya daha çox qiraət 
üslubları ilə namaz qılmağı düzgün hesab edirlər. 
Lakin, namazda Quran ayələrinin düzgün tələffüz edilməsinin 
vacib şərtlərdən olmasını nəzərə alaraq deyə bilərik ki, qiraətə 
olduqca böyük əhəmiyyət yetirilməli, namazda bütün qiraətlərdən 
deyil, yalnız Peyğəmbər (s) və ya imamlar tərəfindən düzgünlüyü 
təsdiq 
olunan 
qiraətlərdən 
istifadə 
olunmalıdır. 
Demək, 
düzgünlüyü sabit olmayan hər hansı bir surə və ya kəlməni Quran 
adlandırmaq olmaz və insan, üzərinə düşən məsuliyyəti elə yerinə 
yetirməlidir ki, nəticədə ona olduğu kimi əməl etməsinə yəqinlik 
hasil etsin. Diqqət yetirsək məlum olar ki, ya gərək qiraətlərin sayı 
miqdarında namaz qılınsın, ya da ixtilafa səbəb olan kəlmə və ya 
ifadə müxtəlif tələffüz formalarında təkrar edilsin. Yalnız belə 
olduqda insan üzərinə düşən məsuliyyəti olduğu kimi yerinə 
yetirmiş olur. Məsələn, Fatihə surəsinin 4-cü ayəsi həm «M
a
liki 
yəvmiddin», həm də «M
ə
liki yəvmiddin» şəklində oxunsun. 
Namazda Fatihə surəsindən sonra oxunan surələrə gəldikdə isə, 
gərək qiraətində heç bir ixtilaf olmayan surələr oxunsun. 
Bir 
anlıq 
imamların 
tövsiyələrinə 
nəzər 
salaq. 
Onlar 
zəmanələrində istifadə olunan qiraətlərin düzgünlüyünə nəzarət 
edir və öz davamçılarına bu qiraətlərdən istifadə etmələrini tövsiyə 
edirdilər. «Öyrəndiyiniz kimi oxuyun», «Sən də camaat oxuduğu 
kimi oxu». 
(Kafi-nəvadir fəsli. Quranın fəziləti). 
Qiraətlərdən bəzilərinin yasaq olunmasına gəldikdə isə, qeyd 
etməliyik ki, bu barədə onlar tərəfindən rəvayət nəql olunmamışdır. 
Və əgər nəql olunsaydı təbii ki, mütəvatir və ya vahid xəbər 
formasında bizlərə gəlib çatardı. 
Buradan belə bir nəticəyə gəlirik ki, namazdakı Quran 
qiraətlərini yeddi və ya on üsluba ayırmaq heç bir məna kəsb etmir. 
Yəni insan, qondarma və qeyri-mötəbər qiraətləri çıxmaq şərti ilə, 
namazda istədiyi qiraətlərdən istifadə edə bilər. Məsələn, «Maliki 


162 
yəvmiddin» ayəsini«mələkə yəvməddin» kimi oxumaq düzgün 
deyildir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin