Müəllif: Əvvəla Quranın və qiraətin mütəvatirliyi arasında heç
bir zərurət yoxdur. Çünki, hər hansı bir kəlmənin tələffüzündə
mövcud olan ixtilaf onun əsl mənasına heç bir mənfi təsir göstərmir.
Məsələn, Mutənəbbinin şer və qəsidələrini nəql edən ravilərin, onun
istifadə etdiyi ifadələrin hər hansı birində bir-birinə müxalif olan
nəzəriyyələr irəli sürmələrinə baxmayaraq, qəsidənin ümumi
mətninə heç bir zərər yetirməmişlər. Və qəsidələrin Mütənəbbiyə
mənsub olduğuna şübhə ilə yanaşmayan şəxslər, onun
mütəvatirliyinə də heç bir xələl yetirmirlər. Həzrət Peyğəmbərin
hicrəti buna aid olan digər bir misaldır ki, onun xırdalıqları haqda
fikir ayrılığı olmasına baxmayaraq, məsələnin ümumiliyində hamı
yekdildir.
İkincisi də, qarilər tərəfindən bizə gəlib çatan yalnız onların
yiyələndikləri qiraət üsullarının xüsusiyyətləridir. Quranın özü isə
müsəlmanlar arasında mövcud olan ümumi təvatür vasitəsi ilə bizə
gəlib çatmışdır. Hamıya məlumdur ki, müsəlmanlar bütün
dövrlərdə Quranı yazılı və şifahi şəkildə hifz edərək bir-birlərinə
nəql etmiş və onu bizlərə çatdırmışlar. Qarilər isə Quranın gələcək
nəsillərə nəql olunmasında heç bir rol ifa etməmişlər.
Buradan belə bir nəticəyə gəlirik ki, yeddi və ya on mötəbər
qarinin
Quranın
mütəvatirliyini
nəql
edib-etməmələri
və
ümumiyyətlə
onların
mövcud
olub-olmamaları
Quranın
mütəvatirliyinin sübuta yetirilməsində heç bir təsir göstərməmişdir.
Çünki, Quran təsəvvür olunduğundan daha uca və daha
münəzzəhdir. Bu səbəbdən də onun mütəvatirliyinin sübuta
yetirilməsi üçün bir neçə qarinin qiraət və nəql etdikləri rəvayətlər
heç də dəlil kimi qəbul olunmur.
4. Əgər qiraətlər mütəvatir olmazsa, Quranda istifadə olunan
«Məlik» və «Malik» və bu kimi ifadələri də mütəvatir hesab etmək
olmazdı. Çünki, bu qiraətlərdən birinin qəbul, digərinin isə rədd
olunması əsassız bir iddiadır. Bu səbəbdən də biz onların hər ikisini
mütəvatir hesab etməliyik.
İlk dəfə bu dəlilə İbni Hacib istinad etmiş və sonralar bir çoxları
ondan təqlid etmişlər.