MüƏLLİFDƏN


MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN QİRAƏTLƏRİN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə97/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   93   94   95   96   97   98   99   100   ...   182
EL-BEYAN 1 Cİ CİLD

MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN QİRAƏTLƏRİN 
MÜTƏVATİR OLMAMASINA DAİR İRƏLİ SÜRÜLƏN 
NƏZƏRİYYƏLƏR 
1. İbni Cəzri deyir: «Qiraət üsullarından hər biri ərəb dilinin 
qarammatikası və ya xəlifə Osmanın zamanında yığılmış Quran 
nüsxələri ilə uyğun gələrsə, onun mötəbərliyinə istinad etmək olar. 
Bu xüsusiyyətlərə malik olan qiraət ustaları ilə, Quranın nazil olmuş 
orjinal nüsxəsi arasında heç bir fərq nəzərə çarpmır. Belə bir halda 


146 
hər bir müsəlman - istər yeddi mötəbər qari tərəfindən nəql olmuş 
olsun, istərsə də yox - onu düzgün qiraət üsulu kimi qəbul 
etməlidir. 
Qiraət bu xüsusiyyətlərdən birinə malik olmadıqda isə, yeddi 
mötəbər qari tərəfindən nəql olunmasına baxmayaraq batil və 
əsassız hesab edilməlidir. 
Bu nəzəriyyə bir çox məşhur alim və təhqiqatçılar tərəfindən irəli 
sürülmüşdür. Əbu Əmr Osman ibni Səid Dani, Əbu Məhəmməd 
ibni Əbitalib Məkki, Əbul Abbas Əhməd ibni Əmmar Məhdəvi də 
bu mətləbi açıq-aşkar bəyan etmişlər. 
Əbi Şammə ləqəbi ilə tanınan məşhur təhqiqatçı Əbül Qasim 
Əbdürrəhman ibni İsmayıl da keçmiş alimlərin əsaslandıqları bu 
nəzəriyyəni əlində əsas tutmuşdur. Və bu nəzəriyyədə kimsənin 
onlarla müxalif olduğu qeydə alınmamışdır. 
2. Əbu Şammə özünün «Əl-mürşidul vəciz» adlı kitabında yazır: 
«Əsaslı dəlillər olmayınca qiraətlərdən hər hansı birinin, hətta yeddi 
məşhur qarilərdən birinə aid olunduğu hesab edilsə də, həqiqətən 
Quranın nazil olmuş orjinal nüsxəsilə tamamilə eyni olduğunu 
qəbul etmək heç də düzgün olmazdı. Əgər müəyyən bir qiraət 
yeddi məşhur qari tərəfindən nəql olunmayıbsa, bu heç də o demək 
deyildir ki, həmən qiraət səhv və əsassızdır. Çünki, qiraətin düzgün 
olub-olmamasına dəlalət edən əsas meyar, onun kimlər tərəfindən 
nəql olunmasında deyil, mötəbərliyini sübuta yetirən özünəməxsus 
xüsusiyyətlərdir. Lakin, yeddi məşhur qarinin qiraətlərinin ərəb 
dilinin qarammatikası və ədəbi janrı ilə müqayisə olunması yəqin 
ki, onların digər qarilərdən daha çox şöhrət tapmalarından irəli 
gəlir. 
2. İbni Cəzri deyir: «Son illərin mütəxəssisləri bu qənaətə 
gəlmişlər ki, qiraətlərin doğru və düzgün olması vacib olduğu kimi, 
onların mütəvatir olması da lazım və zəruridir. Demək, Quranın 
sübuta yetirilməsi üçün ilk növbədə onun mütəvatir olaraq nəql 
edilməsi lazımdır. Əks təqdirdə biz onu Quran adlandıra bilmərik. 
Nəticə olaraq qeyd etməliyik ki, Quranın mütəvatir olması zəruri 
olduğu kimi, onun qiraətinin də mütəvatir olması vacib və 
zəruridir. 


147 
Sonra, onların irəli sürdükləri bu nəzəriyyəni rədd edərək deyir: 
Belə bir nəzəriyyəni qəbul etmək məntiqdən uzaq olardı. Çünki, 
əgər qiraətlər mütəvatir olsaydı, biz artıq heç bir şərt və 
xüsusiyyətlərə ehtiyac duymazdıq. Belə ki, Peyğəmbər (s) 
tərəfindən nəql olunmuş hər bir mütəvatir hədis və rəvayəti arada 
heç bir şərt olmadan qəbul etməliyik. Yox əgər müxtəlif qiraət 
üsullarının mütəvatir olmasını lazımı şərtlərdən biri hesab edəriksə, 
onda bir çox qiraətlər mütəvatir olmadıqları üçün istər-istəməz 
aradan gedəcəkdir. 
İbni Cəzri sözlərinə əlavə edərək deyir: Əvvəllər mən də bu 
əqidəyə əsaslansam da, sonradan böyük səhvə yol verdiyimi başa 
düşüb yanlış əqidəmdən əl çəkdim və qiraət elmində müasir 
alimlərin fikirlərini qəbul etməyə başladım. 
4. Əbu Şammə özünün «Əl-Murşid» adlı kitabında yazır: «Bəzi 
qiraət mütəxəssisləri yeddi qiraət üsulunun hər birini mütəvatir 
hesab edirlər. Onlar bu qiraət üsullarının Allah tərəfindən nazil 
olduğunu iddia edir və belə bir əqidəyə əsaslanmağı hər bir 
müsəlmana zəruri hesab edirlər. 
Sonra deyir: Biz də belə bir əqidəyə əsaslanırıq. Lakin bütün 
qiraətlərdə deyil, yalnız bütün ravilər tərəfindən qəbul olunmuş və 
kimsənin inkar etmədiyi qiraətləri. Bir haldakı, qiraətlər ətrafında 
yaranmış ixtilaf və qarşıdurmalar istənilən qədərdir. Bu səbəbdən 
də əgər qiraət mütəvatir olmazsa, heç olmasa ixtilaf və inkara da 
səbəb olmamalıdır.» 
5. Süyuti deyir: «Qiraət barəsində söylənilən ən gözəl sözlərə 
Əbülxeyr ibni Cəzrinin kitabının əvvəlində söylədiyi ifadələrdə rast 
gəlirik. O, deyir: Qiraətin düzgün olmasının üç şərti vardır. 
1. Ərəb dilinin qarammatik qanunlarına müvafiq olmalı; 
2. Osmanın tərtib etdiyi nüsxələrdən biri ilə müvafiq olmalı; 
3. Sənəd baxımından doğru və mötəbər olmalıdır. 
Sonra əlavə edərək deyir: İbni Cəzri olduqca mühüm bir mətləbə 
toxunmuş və məntiqi dəlillərə əsaslanmışdır.» 
(Əl-itqan. 1-ci cild, 129-cu 
səh). 
6. Əbu Şammə özünün «Əl-bismilə» adlı kitabında qarilər 
arasında yaranmış ixtilaflı məsələlərə toxunaraq deyir: «Biz onları 


148 
bütünlüklə mütəvatir hesab etmirik. Onlardan bəziləri mütəvatir, 
bəziləri isə qeyri-mütəvatirdir. Və bu həqiqəti hər bir təhqiqatçı çox 
gözəl dərk edir.» 
7. Alimlərdən bəziləri deyirlər: «Üsul alimlərindən kimsə hələ də 
qiraətlərin mütəvatirliyi haqda bir söz deməmişdir. Bəzilərinin 
fikrincə isə, yeddi mötəbər qarinin hər birinin nəql etdiyi qiraət 
özləri kimi tamamilə düzgün və mötəbərdir. Lakin, onların 
Peyğəmbər (s) tərəfindən mütəvatir olması sual altındadır. Çünki, 
mötəbər hesab olunan yeddi qaridən hər biri nəql etdiyi qiraətin 
Peyğəmbərə (s) mütəvatir olaraq deyil, vahid xəbər formasında 
çatmasını etiraf edir.» 
(Tibyan 105-ci səh).
8. Son dövrün mütəxəssisləri deyirlər: «Üsul alimlərindən bir 
qismi yeddi qiraət üsulunun hamısının mütəvatir olduğunu iddia 
etmişlər. Bəziləri isə belə bir iddianı on qari barəsində irəli 
sürmüşlər. Lakin, onların bu əsassız iddiaları sübuta yetirəcək heç 
bir məntiqi dəlilləri yoxdur. Belə ki, qarilərin özləri yeddi qiraət 
üsulunun bir qisminin mütəvatir, digər bir qisminin isə qeyri-
mütəvatir olmasını dəfələrlə etiraf etmişlər. Belə bir halda, artıq 
digər on qari barəsində nə isə demək tamamilə yersiz olardı. Bəli, 
bütün qiraət üsullarının mütəvatir olması üsul alimlərinin şəxsi 
nəzəridir. Lakin, hər bir elm və fənnin mütəxəssisləri yiyələndikləri 
sahənin sirlərinə hamıdan daha çox agahdırlar.» 
(Tibyan 106-cı səh).
9. Məkki, qiraətlər barəsində deyir: «Bir çoxları Asim və Nafenin 
qiraətini mötəbər hesab etmişlər. Çünki onların qiraətləri daha 
düzgün və ərəb dilinin fəsahət və bəlağətinə daha yaxındır.» 
(Tibyan 
90-cı səh).
10. Qiraətlərin mütəvatir olmasına əsaslanan şəxslərdən biri də, 
məşhur qiraət ustadı şeyx Məhəmməd Səid Üryandır. O, öz 
yaddaşlarının birində yazır: «Qiraətlərin hər birinin müəyyən irad 
və nöqsanları vardır. Biz bu kimi nöqsanları hətta mötəbər hesab 
olunan yeddi qiraət üsullarında da müşahidə edirik.» 
Sonra əlavə edərək deyir: Lakin, bu qiraətlərin etibar baxımından 
daha düzgünü Asim və Nafenin qiraətləridir. Fəsahət elmi 
baxımından müqayisə etdikdə isə Əbu Əmr Kəsainin qiraəti digər 
qiraətlərdən daha cazibəli və daha fəsahətlidir.» 


149 
NƏTİCƏ 
Qiraətlərin 
mütəvatir 
olmadıqlarına 
dair 
irəli 
sürülən 
nəzəriyyələri və qarilərin özlərinin bu həqiqəti etiraf etmələrini 
ixtisarla da olsa, nəzərdən keçirdik. 
Əziz oxucular, indi özünüz nəticə çıxarın. Qarilər özləri bu 
qiraətlərin mütəvatir olmadığını etiraf etdikləri bir halda, heç bir 
sübut və dəlilə əsaslanmadan təəssüb hissi ilə belə bir əsassız 
iddianı bir daha irəli sürmək olarmı?! 
Lakin, daha təəccüblüsü budur ki, Qazi Əbu Səid Müfti Əndəlosi, 
qiraətləri mütəvatir hesab etmədiyi üçün Kəsaini kəskin şəkildə 
tənqid atəşinə tutmuş və onun küfr etdiyinə dair hökm sadir 
etmişdir. Bir anlığa fərz edək ki, alimlər də qiraətlərin mütəvatir 
olduğuna əsaslanmışlar. Məgər bunu əldə əsas tutaraq müsəlman 
bir şəxsi, hətta dinin zəruri olmayan məsələlərinin birində kafir 
olmaqda ittiham etmək olarmı?! 
Bunu da fərz edək ki, qiraətlərin mütəvatir nəql olunması dinin 
zəruri məsələlərindəndir. Məgər belə bir zərurət qarinin özünə sabit 
olmayınca, onu küfrdə ittiham etmək olarmı?! 
İlahi! Sən özün daha yaxşı bilirsən ki, belə bir iddianı irəli 
sürmək, Sənin qanunlarına qarşı çıxmaqdan və müsəlmanlar 
arasında ixtilaf və ikitirəlik yaratmaqdan savayı bir şey deyildir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin