MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə93/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   89   90   91   92   93   94   95   96   ...   182
EL-BEYAN 1 Cİ CİLD

KƏSAİNİN RAVİLƏRİ 
Leys ibni Xalid və Həfs ibni Əmr, Kəsainin qiraətini heç bir rabitə 
olmadan nəql etmişlər. 
1. Leys ibni Xalidin əsil adı Haris, künyəsi Əbdülharis, atasının 
adı isə Xalid Bağdadi olmuşdur. 
İbni Cəzri onun barəsində deyir: «O, qiraəti Kəsaidən öyrənmiş, 
öz elmi gücü və hafizəsi ilə hamıdan fərqlənirdi. Doğum tarixi 
dəqiq məlum deyildir. Vəfat tarixi isə Hicrətin 240-cı ilinə aid 
edilir.» 
(Təbəqatul-qurra, 2-ci cild, səh. 34.) 
2. Həfs: Onun kimliyi haqda Asim barədə söhbət açarkən ətraflı 
məlumat verdik. 
* * * 
Yeddi məşhur qari və onların raviləri haqda ətraflı məlumat əldə 
etdik. Onlardan əlavə, Xələf ibni Hişam, Yəqub ibni İshaq və Yəzid 
ibni Qəqadan ibarət olan başqa bir üçlük də vardır. İndi isə onlar 
barəsində: 
XƏLƏF İBNİ HİŞAM 
Həmzənin şərh-halını verərkən Xələf barəsində də kifayət qədər 
məlumat əldə etdik. Xələfin qiraətini nəql edənlər də iki nəfər 
olmuşdur. 
1. İshaq: İbni Cəzri onun barəsində deyir: «Adı İshaq, atasının adı 
İbrahim ibni Osman ibni Abdullah, künyəsi isə Əbu Yəqub 
olmuşdur. Əsli Mərv vilayətindən olsa da, Bağdadda yaşamışdır. 
Xələfin hədislərini köçürür və onları nəql edirdi. İshaqın düzlüyü 
və mötəbərliyi hamıya bəlli idi. Doğum tarixi dəqiq məlum deyildir, 
vəfatı isə Hicrətin 286-cı ilinə təsadüf edilir.» 
(Təbəqatul-qurra,
1-ci cild, 
səh. 155.) 


140 
Müəllif: 
Digər ravilər kimi onun qiraətini nəql edən şəxslərin də 
kimliyi məlum deyildir. 
2. İdris: İbni Cəzri onun barəsində deyir: «Adı İdris, atasının adı 
Əbdülkərim Həddad, künyəsi isə Əbül Həsəndir; Bağdadda sakin 
olmuşdur. Güclü hafizəyə malik olduğu üçün şəriət elminin 
dərinliklərinə yiyələnə bilmişdir. Nəql etdiyi hər bir şey hamı 
tərəfindən rəğbətlə qarşılanardı. Qiraəti ona Xələf tədris etmişdir. 
Dar Qutnidən İdris barəsində soruşduqda cavabında deyir: «İdris 
inanılmış və etibarlı bir şəxsdir. Doğum tarixi dəqiq məlum 
deyildir, vəfatı isə Hicrətin 292-ci ilinə təsadüf edilir.» 
(Təbəqatul-
qurra, 1-ci cild, səh. 154.)

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin