MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə92/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   88   89   90   91   92   93   94   95   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Müəllif: 
Qalunun qiraətini nəql edən ravilər digər ravilər kimi 
naməlum qalmışlar. 
2. Vərəş: Osman ibni Səid. 
İbni Cəzri onun barəsində deyir: «Vərəş Misirdə olduğu illər 
ərzində qiraət tədrisi ona həvalə olunmuşdu. Onun özünəməxsus 
qiraət üsulu var idi. Qiraətdə Nafe ilə müxalif olmasına 
baxmayaraq, zəmanəsinin ən mötəbər şəxsiyyətlərindən biri hesab 
olunurdu.» 
Vərəş Hicrətin 110-cu ilində Misirdə doğulmuş, 197-ci ildə elə 
oradaca vəfat etmişdir.
(Təbəqatul-qurra, 1-ci cild, səh-502.)
KƏSAİ KUFİ 
Əsli iranlı olmuş Əli ibni Həmzət ibni Abdullah ibni Bəhmən ibni 
Firuz, Kəsai ləqəbi ilə məşhur olmuşdur. Bəni-əsəd qəbiləsi 
tərəfindən köləlikdən azad olunmuşdur.
İbni Cəzri onun barəsində deyir: «Həmzə Zəyyatdan sonra qiraət 
elminin tədris olunması Kəsaiyə həvalə edildi. O, qiraəti Həmzədən 
öyrənmiş və dörd dəfə onun qarşısında tilavət etmişdir.» 
Əbu Ubeyd isə özünün «Əl-qiraət» adlı kitabında yazır: 
«Kəsainin özünəməxsus qiraət üsulu var idi. Bəzən o, Həmzənin 
qiraətindən də istifadə edərdi. Vəfat tarixi haqqında müxtəlif 
məlumatlar söylənmişdir, lakin daha dəqiq nəzərə çarpan tarix 
Hicrətin 189-cu ilidir.» 
(Təbəqatul-qurra, 1-ci cild, səh. 535.)
Kəsai qiraəti Həmzə Zəyyatdan, Məhəmməd ibni Əbdürrəhman 
ibni Əbi Leyladan və İsa ibni Əmr Əməşdən müzakirə yolu ilə və 
şifahi olaraq öyrənmişdir. Onun qiraətini Süleyman ibni Ərqəm, 
imam Sadiq (ə), Əzrəmi və İbni Ueynə də dinləmişdir. Sonralar o
qiraəti Rəşidə və oğlu Əminə də tədris etmişdir. (
Təhzibut-təhzib, 8-ci 
cild, səh. 313.)


139 
Mərzbani İbni Ərabidən nəql edərək deyir: «Kəsai şərab içərək 
bilərəkdən bəzi günahlara mürtəkib olsa da, Quran elmlərinə 
mükəmməl yiyələnmiş və güclü hafizəyə malik olmuşdur.» 
(Möcəmül-üdəba, 5-ci cild, səh. 185.) 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin