136
barəsində xoşagəlməz məlumat verirlər. Belə ki,
hətta onu
şərabxorluqda belə ittiham edirlər. Əhməd onların dediklərini
təsdiq edir və sonra deyir: Onun barəsində nə deyirlər desinlər. Hər
halda o, bizim nəzərimizdə ən etibarlı şəxslərdəndir.»
Nəsai deyir: «Xələf Bağdadi mötəbər şəxslərdəndir.» Dar Qütni
isə onun haqda bu sözləri deyir: «Xələf abid və fəzilət sahibidir.
Sözünü davam edərək deyir: Qıldığım qırx illik namazları Kufi
məzhəbçiləri kimi şərab içdiyim üçün yenidən təzələməli oldum.»
Xətib Bağdadi öz kitabında Məhəmməd
ibni Hatəm Kəndidən
nəql edərək yazır: «Yəhya ibni Muindən Xələf haqda soruşdum.
Cavabında dedi: Xələf sadəcə olaraq hədisin nə olduğunu bilmir.»
(
Təhzibut-təhzib, 3-cü cild, səh.156.)
Müəllif:
Xələfin barəsində rəvayət nəql edən şəxslərin kimliyi
haqda bir qədər sonra söhbət açacağıq.
2. Xəlad ibni Xalid, Əbu İsa Şeybani kimi Kufənin tanınmış
şəxsiyyətlərindən olmuşdur.
İbni Cəzri onun barəsində deyir: «Xəlad
qiraət elminə
mükəmməl yiyələnmiş təhqiqatçı alim olmuşdur. Qiraəti Səlimdən
öyrənmiş və onun özünə təqdim etmişdir. Öz yaşıdları arasında
hamıdan etibarlı və hafizəli sayılırdı. Doğum tarixi dəqiq məlum
deyildir. Vəfatı isə Hicrətin 220-ci ilinə təsadüf etmişdir.
Dostları ilə paylaş: