MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə86/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   82   83   84   85   86   87   88   89   ...   182
EL-BEYAN 1 Cİ CİLD

ASİMİN RAVİLƏRİ 
Asimin qiraətini Həfs və Əbu Bəkr heç bir vasitə olmadan onun 
özündən nəql etmişlər. 
1. Həfs ibni Süleyman Bəni-əsəd qəbiləsindən olmuşdur. 
Zəhəbi deyir: Həfs hədis nəql etməkdə güclü hafizəyə malik olsa 
da, Quran qiraəti sahəsində bir o qədər də etibarlı hesab 
olunmurdu. Onun qiraəti yazılı şəkildə saxlanılırdı. Həfs deyərdi: 
Qiraətdə Asimilə heç bir ixtilafımız olmamışdır. Qiraətdə olan cüzi 
fərq, yalnız Rum surəsinin 54-cü ayəsində nəzərə çarpır. 
Ayədə deyilir: 
(Allahulləzi xələqəkum min zəfin.) 
Həfs «zəf» kəlməsini zəmmə ilə, yəni «zəfu», Asim isə fəthə ilə, 
yəni «zəfə» kimi qiraət etmişdir. 


130 
Asim ibni Bəhdələ Kufi Hicrətin 90-cı ilində doğulmuş, 180-cı 
ilində vəfat etmişdir. 
(Təbəqatul-qurra. 1-ci cild, səh.254). 
RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ 
İbni Əbi Hatəm Abdullah ibni Əhməd ibni Hənbəl o da atası 
Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Həfs hədis elmindən 
uzaq düşmüş və heç bir etibarı olmayan bir şəxs olmuşdur.» Osman 
Dar və başqaları İbni Muindən belə nəql edir. Həfs digər 
mühəddislər kimi bir o qədər də etibarlı deyildi. İbni Mədini deyir: 
«Həfs hədis nəql etməkdə olduqca zəif və qeyri-mötəbər olmuşdur. 
Bu səbəbdən də mən heç vaxt ondan hədis nəql etmirəm.» Buxari 
onun haqda deyir: «Rical alimləri onun nəql etdikləri hədisləri 
qətiyyətlə rədd etmişlər.» 
Müslüm öz kitabında yazır: «Həfs kimsə tərəfindən qəbul 
olunmayan mühəddis olmuşdur.» Nəsai onun haqda deyir: «Həfs 
mötəbər şəxs olmadığı üçün, nəql etdiyi hədislər kimsə tərəfindən 
yazılmırdı.» Saleh ibni Məhəmməd deyir: «Onun nəql etdiyi 
hədislər yalan və əsassız olduğu üçün, kimsə onu yazmaq fikrinə 
düşmürdü.» İbni Xərram, Həfsi yalan danışmaqda və hədis 
uydurmaqda ittiham etmişdir.» İbni Həyyanın fikrincə Həfs 
hədislərin mətnində dəyişikliklər aparır və sənədi olmayan əsassız 
hədisləri mötəbər olsun deyə, qondarma mənbələrlə nəql edirdi. 
Bəzən də hədisi vasitəçi ravilərin adı ilə bağlayırdı. İbni Cəzri 
özünün «Movzuat» kitabında Əbdürrəhman ibni Məhdəvidən belə 
nəql edir: «And olsun Allaha! Həfsdən rəvayət nəql etmək düzgün 
deyildir.» Dar Qutni deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif 
olmuşdur.» Saci deyir: «Həfs, nəql etdiyi hədislər aradan getmiş 
kəslərdəndir. Onun söylədikləri yalan və iftiradan savayı bir şey 
deyildir.» 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin