129
şeyləri Zərr ibni Hubeyşdən, o isə qiraəti İbni Məsuddan
öyrənmişdir.»
İbni Məsud deyir: «Asim mötəbər kəslərdən idi. Əməşin hafizəsi
ondan daha güclü idi.»
Abdulla ibni Əhməd atasından nəql edərək deyir: «Asimin
özünəməxsus qiraət üslubu var idi. Etibarlı
olduğu üçün Xəlifə
Osman tərəfindən Quran qarilərinin rəhbəri təyin olunmuşdu.»
Yəqub ibni Süfyan deyir: «Mötəbər bir şəxsiyyət olmasına
baxmayaraq, nəql etdiyi hədislərdə bəzi nöqsanlar da nəzərə
çarpır.»
İbni Əliyyə, Asimə irad tutaraq deyir: «Asim haqda hədis və
rəvayət nəql edən şəxslər hamılıqla zəif hafizəyə malik olmuşlar.»
Nəsai deyir: «Asimdə heç bir nöqsan nəzərə çarpmırdı, lakin İbni
Xərraş onun nəql etdiyi hədisləri qətiyyətlə rədd edirdi.
Əqilinin fikrincə Asimin
yeganə mənfi xüsusiyyəti varsa, o da
onun hafizəsinin zəif olmasıdır.
Dar Qutbi də Asimə bu iradı tutmuşdur. Həmmad ibni Sələmə
deyir: «Asim ömrünün son illərində hədis və rəvayətləri mötəbərlik
baxımından ayırd etməyə çətinlik çəkirdi. Asimin doğulduğu il
məlum deyildir. Vəfat tarixi isə Hicrətin 127-ci və ya 128-ci
ilində
baş vermişdir.
Dostları ilə paylaş: