126
Amma bütün bunların əksinə olaraq, bəzi rical alimləri onu
kəskin şəkildə tənqid etmişlər. Acuri,
Əbi Davuddan nəql edərək
deyir: «Əbu Əyyub Süleyman ibni Əbdürrəhman, Hişamdan daha
mötəbər olmuşdur. Çünki, Hişamın istinad etdiyi hədislərdən dörd
yüzü həqiqətə uyğun deyildir.»
İbni Davud deyir: «Bir zamanlar
belə qərara gəlmişdim ki,
Hişamın söylədiyi hədisləri nəql etməyəm. Çünki o, hədis dəllalı
idi!»
Saleh ibni Məhəmməd deyir: «Hişam hədis nəql etmək üçün pul
alardı. İstədiyi məbləği əldə etməyincə hədis nəql etməzdi.»
Məruzi deyir: « Əhməd, Hişamı xatırlayarkən bu sözləri deyərdi:
«O, ikiüzlü və sadəlövh bir insan idi.» Sonra onun, Quranın məxluq
olduğu haqda irəli sürdüyü nəzəriyyəni inkar edərək sözlərini bu
ifadələrlə başa vurmuşdur: «Onun arxasında namaz qılan şəxs,
namazını yenidən qılmalıdır!»
Müəllif, Hişam barəsində irəli sürülmüş ixtilaflı nəzəriyyələrin
kimlər tərəfindən
nəql olunduğunu bilmək üçün, oxuculara
«Təbəqatul qurra» adlı kitaba nəzər salmağı daha məqsədəuyğun
hesab edir.
2. İbni Zəkvan, İbni Amirin ikinci ravisi hesab olunur. Adı
Abdulla, atasının adı Əhməd ibni Bəşir olmuşdur. Bəzən onu Bəşir
ibni Zəkvan da adlandırırlar.
Qiraəti Əyyub ibni Təmimdən
öyrənmişdir və onun qarşısında tilavət etmişdir.
Əbu Əmr və Hafiz deyir: «Kəsai Şama gəldikdə İbni Zəkvan
qiraəti ondan öyrəndi.»
İbni Zəkvan Hicrətin 173-cü ilində doğulmuş, 242-ci
ilində isə
vəfat etmişdir.
Müəllif: İbni Zəkvanın raviləri də Hişamın raviləri kimi
tanınmışdır.
Dostları ilə paylaş: