MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə82/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   78   79   80   81   82   83   84   85   ...   182
EL-BEYAN 1 Cİ CİLD

7. Kəsai Kufi. 
 
1. Xələf ibni Haşimi; 
2. Yəqub ibni İshaq; 
3. Yəzid ibni Qəqa. 


123 
QURAN VƏ YEDDİ QİRAƏT ÜSULU 
YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ 
Quranın yeddi qiraət üsulu haqda din alimləri tərəfindən 
müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. 
Əhli sünnə alimlərinin bir qismi belə bir fikirdədirlər ki, yeddi 
qiraət üsullarının hamısı Peyğəmbərin (s) özünə gedib çatır. Yəni 
Peyğəmbər (s) özü Quranı bu üsullarla tilavət etmişdir. 
Şiə alimləri bu fikirdədirlər ki, mütəvatir olaraq nəql olunmuş 
yeddi qiraət üsulu və onların Peyğəmbərə (s) aid olması heç də qəti 
deyildir. Əhli sünnə alimlərinin bir qismi belə bir nəzəriyyəni qəbul 
etmişlər və bizim fikrimizcə bu nəzəriyyə daha dəqiq və daha 
etibarlıdır. 
Müsəlmanlar arasında əqidə ixtilafının olmasına baxmayaraq, 
onların hamısı bu fikirdədirlər ki, Quran [və onun qiraəti] yalnız 
mütəvatir hədis və rəvayətlər yolu ilə sabit oluna bilər. 
Şiə və sünnü alimlərinin əksəriyyəti bu mətləbə istinad edərək 
demişlər: 
«Quran islam dininin əsasını təşkil etdiyi və peyğəmbərlərin 
həqiqətini təsdiq edəcək ilahi möcüzə olduğu üçün bütün sahələrdə 
böyük əhəmiyyət kəsb edir.» 
Müsəlmanlar arasında onun nəql olunmasına olan maraq və 
səbəb də, təbii olaraq çox olmuşdur. Belə ki, daha çox əhəmiyyət 
kəsb edən məsələ, başqalarından fərqli olaraq, mütəvatir olması 
üçün bir çox mühəddis və ravilər tərəfindən nəql olunur. 
Bu səbəbdən də hər hansı bir hadisə və ya xəbər mütəvatir 
şəkildə deyil, «vahid xəbər» formasında nəql olunarsa, bir o qədər 
də əhəmiyyət kəsb etmədiyi üçün Quran hesab olunmayacaqdır. 
Süyuti deyir: Qazi Əbu Bəkr özünün «İntisar» adlı kitabında 
yazır: «Fiqh və kəlam alimlərinin bir qismi belə bir əqidədədirlər ki, 
əgər hər hansı bir ayə «vahid xəbər» formasında nəql olunsa, 
qətiyyətlə onu Quranın bir hissəsi hesab etmək olmasa da, Quran 
hökmündə olacaqdır. 


124 
Lakin, yuxarıda gətirdiyimiz dəlil bu nəzəriyyənin batil 
olduğunu bir daha sübuta yetirir. Çünki, hər hansı bir mövzu bir 
neçə səbəblər üzündən «vahid xəbər» formasında nəql olunarsa, 
özünün yalan olduğuna dəlalət edəcəkdir. Çünki, əgər mötəbər 
olsaydı, mütəvatir olaraq nəql olunardı. 
Məsələn, əgər padşahın şəhərə daxil olacağını bir-iki nəfər xəbər 
verərsə (bir haldakı padşahın şəhərə daxil olmasının gizli qalması 
şəhər əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir) və həmən xəbəri 
bu iki nəfər şəxsdən savayı başqaları bilməzsə, xəbəri eşidən dəgər 
şəxslər özlərində şəkk-şübhəyə yol vermədən bunun yalan 
olduğunu qəbul edəcəklər. Təbiidir ki, belə bir vəziyyətdə padşahın 
şəhərə gəlməsi münasibətilə heç bir tədbir görülməyəcəkdir. 
Buradan belə məlum olur ki, hər hansı bir mətləb «vahid xəbər» 
formasında bəyan edilərsə, Allah kəlamı və Quran ayəsi hesab 
olunmaz. Onun yalan olduğu sübuta yetirildikdə isə, onun şəri 
hökm kimi əməl olunmasına heç bir lüzum olmayacaqdır. 
Məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar belə bir 
əqidədədirlər ki, Quran ayələrinin sabit olması yalnız onun 
mütəvatir olaraq nəql olunması ilə həyata keçə bilər. Bunu da qeyd 
edək ki, ayələrin mütəvatir olması ilə qiraət üsullarının mütəvatir 
olması arasında heç bir əlaqə yoxdur. Ümumiyyətlə bunun üçün 
heç bir lüzum da yoxdur. Quran ayələri mütəvatir olsa da, qiraət 
üsullarının mütəvatir olmaması tamamilə təbii bir haldır. Çünki, 
Quranın mütəvatir olmasını qiraət üsullarının mütəvatir olması 
üçün dəlil hesab etmək olmaz. Belə ki, qiraət üsullarının mütəvatir 
olmasını inkar edən dəlillər Quran ayələrinin mütəvatir 
olmamasına dəlil hesab olunmur. Növbəti fəsillərdə bu barədə 
ətraflı söhbət açacağıq. 
Qiraət üsullarının mütəvatir olmaması haqda mövcud olan 
mühüm bəhslərdən biri də qarilərin özü ilə tanışlıq və onların 
qiraətlərini nəql edən şəxslərin etibarlı olub-olmamasıdır. Ən 
məşhur Quran qariləri isə yeddi nəfərdən ibarətdir. Biz onların hər 
biri haqda ətraflı məlumat verdikdən sonra, onların siyahısına əlavə 
olunan daha üç qari haqda söhbət açacağıq. 


125 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin