MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə84/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   80   81   82   83   84   85   86   87   ...   182
EL-BEYAN 1 Cİ CİLD

İBNİ KƏSİR MƏKKİ 
Adı Abdulla, atası Kəsir ibni Abdulla ibni Zadan ibni Firuzan 
ibni Hermez, Məkkənin «Dar» qəbiləsindən olmuşdur. Əslən iranlı 
olub. «Təysir» adlı kitabda yazılanlara görə İbni Kəsir qiraəti 


127 
Abdulla ibni Məsaildən öyrənmişdir və onun qarşısında tilavət 
etmişdir. 
Hafiz Əbu Ömər və başqaları bu fikri qəbul etmiş və onun 
doğruluğuna istinad etmişlər. Lakin Hafiz Əbu Əla bu məsələyə 
şübhə ilə yanaşmış və bunu o qədər də mötəbər hesab etməmişdir. 
İbni Kəsir öz qiraət üsulunu Mücahid ibni Cəbrə, Dərbas və Qulam 
ibni Abbasa təqdim etmiş və onlar tərəfindən təsdiq olunmuşdur. 
İbni Kəsir Hicrətin 45-ci ilində Məkkədə doğulmuş və 120-ci 
ilində elə oradaca vəfat etmişdir. 
(Təbəqətul qurrə. 1-ci cild, 443-cü səh).
Əli ibni Mədini, İbni Kəsir haqda bu sözləri deyir: «O, etibarlı və 
inanılmış kəslərdən idi.» İbni Səd onun mötəbər olduğuna işarə 
etdikdən sonra deyir: Əmr Daninin fikrincə o, qiraəti Abdulla ibni 
Saib Məzufidən öyrənmişdir. Lakin onun, qiraəti Mücahiddən 
öyrəndiyi də göstərilir və bu xəbər daha mötəbərdir. 
(Təhzibut-təhzib. 
5-ci cild, 37-ci səh). 
İBNİ KƏSİRİN RAVİLƏRİ 
İbni Kəsirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql 
etmişdir. 
1. Bəzi
– Əhməd ibni Məhəmməd ibni Abdulla ibni Qasim ibni 
Nafe ibni Ubey Əsl, adı isə Bəşardır. Əsli İranın Həmədan 
vilayətindəndir. Saib Məxzufinin vasitəsilə müsəlman olmuşdur. 
Onun barəsində də iki müxtəlif fikir irəli sürülmüşdür. 
İbni Cəzri deyir: İbni Kəsir illər boyu Quranı tədris etmiş və 
müəllimlik vəzifəsində çalışmışdır. Onun güclü hafizəsi və Quran 
elmləri ilə xüsusi əlaqəsi var idi. Hicrətin 170-ci ilində doğulmuş
250-ci ilində isə vəfat etmişdir. 
(Təbəqətul qurra. 1-ci cild, 119-cu səh).
Bəzi qiraətini Qəvvas ləqəbi ilə məşhur olan Əbdül Həsən 
Əhməd ibni Məhəmməd ibni Ələqədən və Əbul Əxrix Vəhəb ibni 
Vadh Məkkidən və Abdulla ibni Ziyad ibni Abdulla ibni Yəsardan 
öyrənmişdir. 
( Ənnəşr fi qiraatil əsir. 1-ci cild, səh.119). 
Əqili deyir: «İbni Kəsir yalançı və etibar olunmayan bir şəxs 
olmuşdur.» 
Əbu Hatim deyir: «O, hədis nəql etməkdə mötəbər olmadığı 
üçün mən ondan hədis nəql etmirəm.» 
(Lisanul Mizan. 1-ci cild, səh. 120). 


128 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin