MüƏLLİFDƏN


«Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə80/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   76   77   78   79   80   81   82   83   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə 
verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz 
iman gətirməyəcəyik! – deyərlər.» (Ənam-124).
Hər iki ayədə istifadə olunan «ayə» kəlməsindən məqsəd Quran 
ayəsi deyil, möcüzə və onun əlamətləridir. Yəni «ayə» sözü hər iki 
ayədə möcüzə mənasında işlənmişdir. Çünki, əgər Quran ayəsi 
nəzərdə tutulsaydı, «parçalanmaq» və «görmək» felindən deyil, 
«eşitmək» felindən istifadə olunardı. Ayənin məzmunu da Quran 
ayələri ilə deyil, möcüzə ilə əlaqəlidir. 
Buradan belə məlum olur ki, Peyğəmbərin (s) Qurandan başqa 
digər möcüzələri də olmuşdur və «uzun müddət davam edən 
sehrdir» cümləsindən belə bir nəticəyə gəlmək olar ki, onun 
möcüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət 
açdığımız ayələrin məzmununu nəzərə alaraq biz onları iki hissəyə 
bölə bilərik. 
1. Müvəqqəti olaraq möcüzələrin dayandırılmasına dəlalət edən 
ayələr; 
2. Bu müddət başa çatdıqdan sonra yenidən Peyğəmbərin (s) 
göstərdiyi möcüzələr haqda nazil olmuş ayələr. 
İNCİL VƏ TÖVRATDA HƏZRƏT MƏHƏMMƏDİN (S) 
PEYĞƏMBƏRLİYİ HAQDA 
Quran, Tövratda və İncildə həzrət Məhəmmədin (s) zühur 
edəcəyi haqda xəbər verildiyinə dəfələrlə işarə etmişdir. 
«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və 
əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub 
elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] 
onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər.» (Əraf-157). 
«Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail 
oğulları! Həqiqətən mən, özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən 
və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə [sizə] müjdə verən 
Allahın elçisiyəm!» (Səf-6). 


120 
Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə 
kitab əhlindən, yəni məsihi və yəhudilərdən bir çoxunun 
Peyğəmbərə (s) iman gətirərək islamı qəbul etdiklərinin şahidi 
oluruq. 
Kitab əhlinin kütləvi şəkildə islamı qəbul etməsi, Tövrat və 
İncildə həzrət Məhəmmədin (s) zühuru haqda xəbər verilməsini bir 
daha sübuta yetirir. 
Çünki əgər bu kitablarda Məhəmmədin (s) zühur edəcəyi haqda 
xəbər verilməsəydi, yəhudi və məsihilər çox asanlıqla onu təkzib 
edər və ona iman gətirmək fikrinə düşməzdilər. Qəlblərində kin-
küdurət olmayan, həzrət Musa və İsaya (ə) iman gətirmiş şəxslər 
təbii ki, peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan Məhəmmədə 
(s) də iman gətirməli idilər. 
Onlara 
iman 
gətirməyənlər 
isə, 
Məhəmmədin 
(s) 
peyğəmbərliyini qəbul edib ona iman gətirmələri üçün möcüzə 
görməli idilər. O ki qaldı Məhəmmədin (s) möcüzələrinə, Qurandan 
başqa onun bir çox digər möcüzələri də olmuş və bəşəriyyətin 
haqqa hidayət olması üçün digər peyğəmbərlərin möcüzələrindən 
daha böyük təsir göstərmişdir. Çünki, onun möcüzələri haqda nəql 
olunmuş hədis və rəvayətlər zaman və etibar baxımından digər 
peyğəmbərlərin möcüzələri haqda nəql olunmuş hədis və 
rəvayətlərdən daha yaxın və daha mötəbərdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin